Rusiyanın Müdafiə Nazirliyi iddia edir ki, Rusiyanın Su-27 qırıcıları müdafiə naziri Sergei Shoigu-nu daşıyan təyyarəyə yaxınlaşdığına görə NATO-nun F-18 qırıcısını “qovublar”.
Nazirin təyyrəsi neytral sular üzərində uçurdu.
TASS xəbər agentliyinin məlumatında deyilir ki, insident baş verəndə Shoigu avqustun 13-də Rusiyanın Kalininqrad vilayətindən Baltik dənizinin üzəri ilə Moskvaya gedirdi.
Xəbərdə deyilirdi ki, Shoigu-nun təyyarəsində TASS agentliyinin müxbiri də vardı. Təyyarənin tipi barədə məlumat verilmir.
NATO bu xəbərə heç bir şərh verməyib.
Rusiya mediasının xəbərlərində deyilir ki, Shoigu-nun təyyarəsini iki Su-27 qırıcısı müşayiət edirdi.
TASS bundan əvvəl xəbər vermişdi ki, Shoigu Kalininqrada orada Naximov Dənizçilik Məktəbinin filialının açılışında iştirak etmək üçün getmişdi.
Rusiya mediası Shoigu-nun təyyarəsinin Baltik dənizi üzərində NATO təyyarəsi tərəfindən qısnandığı barədə 2017-ci ilin iyununda da yazmışdı. O vaxt da NATO qırıcısının Rusiya döyüş təyyarələri tərəfindən “qovulduğu” bildirilirdi.
NATO o vaxt təyyarəsinin qovulduğu barədə xəbərləri təkzib etmişdi.
Rusiya özünün hərbi əzələlərini nümayiş etdirməyə başlayandan NATO ilə onun təyyarələri arasında insidentlərin sayı artıb.