Beynəlxalq nüvə monitorinqi mərkəzi şimali Avropada nüvə bölünməsi zamanı yaranan izotoplar qeydə alındığını bəyan etdikdən sonra Rusiya onun ərazisində hər hansı nüvə insidenti baş vermədiyini bildirib.
Ötən həftə İsveçdəki Nüvə Sınaqlarının Qadağanı Müqaviləsi Təşkilatının (Comprehensive Nuclear Test Ban Treaty Organization - CTBTO) stansiyası təxminən Baltik dənizi hövzəsi regionundan qaynaqlanan “normaldan yüksək” radioaktiv izotoplar qeydə aldığını bildirmişdi.
Bütün dünya boyunca mümkün nüvə sınaqlarını aşkarlayan bu stansiyanın başçısı Lassina Zerbo, iyunun 26-da yazdığı tvitdə üç növ radioaktiv izotopun qeydə alındığı bildirirdi.
O yazırdı ki, iyunun 22-də sezium-134, sezium-137 və rutenium-103 aşkarlanıb.
Lakin təşkilat elə həmin axşan radiasiya fonunun insan sağlamlığı üçün təhlükəli olmadığını bildirmişdi.
Rusiya təsdiqləmir
Rusiyanın federal nəzarət qurumu Rospotrebnadzor iyunun 29-da bildirib ki, CTBTO-nun məlumatından sonra radioasiyanı ölçüb və göstəricilər “sabit” olub.
Rospotrebnadzorun mətbuat xidməti bildirib ki, Rusiyanın radiasiyaya nəzarət edən hakimiyyət orqanları radiaktivlik barədə xəbəri təsdiqləməyib.
Kremlin sözçüsü Dimitry Peskov iyunun 29-da deyib ki, Rusiyanın “ən müasir radiasiya təhlükəsizliyi sistemi təhlükəli vəziyyətlərin və ya fövqəladə halların olmasını qeydə almayıb.
Rusiyanın Rosatom nüvə şirkətinin Rosenergoatom filialı bildirib ki, Rusiyanın şimalında Leninqrad regionunda və Kola yarımadasındakı nüvə stansiyaları ötən həftəsonu normal işləyirdi və radiasiya fonu dəyişməz qalırdı.