Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:45

İŞİD videosundakı rus əsirlərin valideynlərinə ‘hay-küy salmamaq’ tapşırılıb


Suriyada İslam Dövləti ekstremist qruplaşması tərəfindən əsir götürülmüş və Suriyadakı Rusiya quru qoşunlar;nın əsgərləri olduqları iddia edilən iki nəfərdən birinin valideynləri AzadlıqRadiosuna deyiblər ki, Rusiya Federal Təhlükəsizlik Xidməti onlara əsir düşənlər barədə “hay-küy qaldırmamaq” xəbərdarlığı verib.

Bu iddia Kremlin Suriyadakı əməliyyatların yalnız hava kampaniyası ilə məhdudlaşdığına dair indiyədək verdiyi bəyanatlarla ziddiyyət təşkil edir.

Bu vaxtadək verilmiş bəzi xəbərlərə görə Rusiya Suriya torpağı üzərində Vagner adlanan şirkətin muzdluları vasitəsilə müharibə aparır.

Rusiyada muzdlu hərbi xidmət qanunla qadağandır.

Lakin əsir düşdüyü deyilən şəxslərdən birinin qardaşı AzadlıqRadiosuna deyib ki, onun qardaşı Vagner şirkətinin muzdlusu kimi döyüşürdü.

O həm də əlavə edib ki, muzdlulardan istifadə daha çox əl verir, “çünki onlar peşəkar hərbçilərin vuruşa bilmədiyi kimi vuruşurlar”.

Müdafiə Nazirliyi tanımır, Xarici İşlər Nazirliyi tanımağa çalışır

Oktyabrın 3-də İŞİD-ə bağlı Amaq xəbər portalı Rusiya əsgərləri olduqları iddia edilən iki nəfərin videosunu dərc edib. Bu videoda əyinlərinə boz köynək geyindirilmiş iki nəfər görünür. Onların üzlərində qançırlar var və birinin gözü xeyli zədəlidir.

Videodakılardan biri özünü Roman Zabolotnı kimi təqdim edir və deyir ki, 1979-cu ildə Rusiyanın Rostov vilayətində doğulub.O yanında sakit oturmuş ikinci şəxsin 1978-ci ildə Moskva vilayətinin Domodedovo rayonunda doğulmuş Qriqori Tsurkanu olduğunu deyir.

Videoda bu iki nəfərin Deyr ez-Zorda ələ keçirildiyi bildirilir. Burada bu həftə Suriya ordusu Rusiyanın havadan dəstəyi ilə İŞİD istehkamlarına hücum edirdi.

Rusiya Müdafiə Nazirliyi videodakı şəxslərin rus əsgərləri olduqlarını inkar edir, lakin Xarici İşlər Nazirliyi bildirir ki, onların kimliyinin müəyyənləşdirlməsi üçün iş aparılır.

Oktyabrın 4-də Putinin sözçüsü Dmitri Peskov deyib ki, bu adamlar Rusiya vətəndaşlarıdırsa, təbii olaraq Moskva onların taleyindən narahat olacaq.

Ertəsi gün Peskov hər hansı bəyanat verməkdən çəkinib və deyib ki, sözü gedən şəxslərin kimliyinin müəyyələşdirilməsi müvafiq orqanların səlahiyyətindədir.

Roman Zabolotnının Rostov kazakı olduğu deyilir
Roman Zabolotnının Rostov kazakı olduğu deyilir

Utkinin Vagneri

Oktyabrın 4-də Roman Tsurkanu AzadlıqRadiosunun Rus xidmətinə deyib ki, videodakı şəxs onun qardaşı Qriqoridir. O bildirib ki, qardaşı Vagner şirkətinin muzdlu döyüşçsü kimi Yaxın Şərqə səfər edib.

Tsurkanu deyib ki, qardaşı Vagner şirkətinə iki övladını dolandıra bilmək üçün qoşulub. O deyib ki, Vagnerin müqaviləli döyüşçülərindən bütün fəaliyyətlərinin gizli saxlanması tələb olunur.

Tsurkanu deyib ki, ortalıqda lap müqavilə olsa belə, onun harada saxlandığını heç kəs bilmir. Onlara sirlərin yayılmaması barədə öhdəlik imzalatdırılır. Bu sənəddə onlar həlak olduqları təqdirdə təltif və pulların qohumlarına çatdırılmasını rica edirlər.

Muzdlu döyüşçülər Rusiyada qanunsuzdur və buna görə də Vagner şirkətinin mövcudluğu barədə iddialar daim rədd edilir.

Avqust ayında sosial mediada Vladimir Putinin Dmitri Utkin adlı bir nəfərlə fotosu yayılmışdı. Qeydiyyatsız və məxfi Vagner şirkətinə məhz Utkinin rəhbərlik etdiyi iddia olunur.

Putinin sözçüsü fotonun həqiqətən mövcud olduğunu və onun dekabr ayında Kremldə keçirilən təntənəli qəbulda çəkildiyini təsdiq edib.

“Hay-küy qaldırmayın”

Roman Tsurkanu deyib ki, onun qardaşı may ayında Yaxın Şərqə yola düşməzdən əvvəl Ukraynanın şərqində separatçılarla çiyin-çiyinə döyüşüb.

Moskva 2014-cü ildə Krıma hərbi müdaxilə etdiyini nəhayət ki, etiraf etsə də, Ukraynanın münaqişə zonasına canlı qüvvə göndərdiyini inkar etməkdə davam edir.

Tsurkanu deyib ki, Ukrayna qüvvələrinə döyüşlərdə qalib gələnlərlər də ruslardır.

Roman Tsurkanu əvvəlcə AzadlıqRadiosuna kamera qarşısında və öz evində müsahibə verməyə razılaşsa da, sonra danışmaqdan imtina edib.

AzadlıqRadiosunun Rus xidməti Roman və Qriqorinin pensiyaçı valideynləri ilə danışıb. Valideynlər deyiblər ki, onlara “hay-küy salmamaq” əmr olunub. Onlar bu tapşırığın FTX-dən verildiyini deyiblər.

Tsurkanular AzadlıqRadiosuna deyiblər ki, “biz gözləyəcəyik və əgər onları azad etməsələr, özümüz siz jurnalistlərə zəng edəcəyik”.

Rostov kazakı

Conflict Intelligence Team adı ilə məlum blogerlər qrupu videodakı şəxslərdən birini Rostov regionundan kazak Zabolotnı kimi tanıdığını bildirib.

Onlar deyiblər ki, “kazaklar Romanın sağ-salamat qayıtması üçün dua edirlər.

Bloger qrupu Zabolotnı və Tsurkanunun muzdlu döyüşçülər olduqlarını iddia edir.

Aprel ayında müxalifət lideri Aleksey Navalnının Rostov ofisinə hücumu göstərən fotolardan birində də Zabolotnıya oxşayan şəxsin olduğu bildirilir.

Rostov Şəhər Dumasının deputatlarından Anatoli Kotlyarov oktyabrın 5-də deyib ki, “onda olan etibarlı informasiyaya görə Zabolotnı Suriyada edam edilib”.

O deyib ki, bunun yalan olduğunu eşitmək istərdi, amma hələlik əldə olan informasiya budur.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG