Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:05

Rusiya “Memorial” təşkilatını “xarici agent” elan etdi


Rusiya Ədliyyə Nazirliyinin qərarında deyilir ki, Memorial təşkilatının Sankt-Peterburq filialı bir sıra “arzuolunmaz” qurumlardan qrantlar alıb.

-

Rusiyanın Ədliyyə Nazirliyi Sankt-Peterburqdakı Memorial insan haqları qrupunu “xarici agentlər” siyahısına daxil edib.

Memorial təşkilatı 1930-cu illərdə Stalin repressiyaları faktlarını sənədləşdirməklə məşğul idi.

Qərb mediası bildirir ki, Rusiyada tətbiq olunan “xarici agent” siyahısı elə Stalin zəmanəsindəki “xalq düşmənlərinin” təqiblərini xatırladır.

Arseny Roginsky
Arseny Roginsky

Memorial təşkilatının direktoru Arseny Roginsky Ədliyyə Nazirliyinin qərarını “böyük zərbə” adlandırıb.

“Xarici agentlər” barədə qanun Rusiyada 2012-ci ildə qəbul olunub və ondan məqsəd xaricdən maliyyələşən QHT-lərin təqibidir. Hazırda Rusiyada bu siyahıya salınmış 101 təşkilat var.

Cənab Roginsky TASS agentliyinə bildirib ki, Memorial sovet dövründəki repressiyaları araşdıran ən səmərəli ictimai təşkilatlardan biri idi və 1930-cu illərin repressiyalarının təkrar olunmaması üçün maarifləndirmə işi aparırdı.

Nazirlik həmçinin müstəqil seçki monitorinqi qrupu “Qolos”u xarici agentlərin siyahısına daxil edib.

Stalin repressiyaları qalib gəldi

Memorial təşkilatı 1980-ci illərin sonlarında Andrey Saxarov da daxil bir sıra dissidentlər tərəfindən təsis edilmişdi.

1937-1938-ci illərdə baş vermis Stalin repressiyaları zamanı milyonlarla insan “xalq düşməni” kimi məhv edilib.

Güllələnmədən yan keçənlər bir qayda olaraq Sibirdəki həbs düşərgələrinə göndərilirdilər. Onların əksəriyyəti sərt hava şəraitindən və aclıqdan ölürdülər.

Rusiya Ədliyyə Nazirliyinin qərarında deyilir ki, Memorial təşkilatının Sankt-Peterburq filialı Avropa Komissiyası və Amerika Milli Demokratiya İnstitutu da daxil bir sıra “arzuolunmaz” qurumlardan qrantlar alıb.

Britaniyanın Oksford və Midlseks universitetləri də Memorialın sponsorları siyahısındadır.

Memorial işini davam etdirəcək

Memorialın Sankt-Peterburqdakı ofisinə ötən cümə keçirilmiş polis reydindən sonra QHT Rusiya ictimai rəyini təsirləndirmək məqsədilə siyasi fəlaiyyət göstərməkdə ittiham edilib.

Memorialın Sankt-Peterburq bölümü bildirib ki, “xarici agent” damğasına baxmayaraq işini davam etdirəcək

Memorialın Sankt-Peterburq bölümü bildirib ki, “xarici agent” damğasına baxmayaraq işini davam etdirəcək və Venyamin İoffe Tədris Mərkəzində mənzillənəcək.

Rusiyanın “xarici agent” siyahısına həmçinin Murmanskda filialı olan Norveç ətraf mühit qrupu Bellona da daxildir. Bu qrup Rusiyanın nüvə fəaliyyətini monitorinq edirdi.

Bellona Murmansk ötən ay hakimiyyət orqanları tərəfindən bağlanıb.

Buna baxmayaraq, qrupun rəhbəri Nils Behmer deyib ki, onun təşkilatı başqa strukturun daxilində fəaliyyətini davam etdirəcək.

XS
SM
MD
LG