Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:32

Rusiya Mərkəzi Bankı əsas uçot dərəcəsini azaldır


Rusiya Mərkəzi Bankı əsas uçot faizini 0,5 dərəcə azaldaraq illik 5,5 faizə endirib.

RBK agentliyi bildirir ki, son dəfə uçot faizi 2014-cü ildə bu səviyyədə olub.

Bank bununla da koronavirus pandemiyası ilə bağlı yaranmış iqtisadi böhran şəraitində kredit verilməsini asanlaşdırmağa çalışıb.

Mərkəzi Bank direktorları şurasının martın 20-də keçirilən son yığıncağında stavka 6 faiz həddində saxlanmışdı.

Lakin aprelin 25-də keçirilən iclasda faiz dərəcəsinin endirilməsinin bundan sonra da davam etdirilə biləcəyi qeyd olunub.

Mərkəzi Bankın bəyanatında deyilir ki, Rusiyada koronavirus pandemiyası ilə bağlı tətbiq edilən məhdudiyyətlər, habelə neftə qlobal tələbatın azalması və neft qiymətlərinin kəskin düşməsi ölkədəki iqtisadi fəaliyyətə neqativ təsir göstərir.

Neftə ümidlər, neft arzuları

Rusiya Bankının yenilənmiş baza ssenarisinə görə ÜDM 2020-ci ildə 4-6 faiz düşə bilər.

Lakin bu da qeyd olunur ki, sonrakı iki ildə Rusiya iqtisadiyyatının artımı bərpa olunacaq.

Rusiya Bankının əsas proqnozunda Urals markalı neftin bir barrelinin qiyməti 27 ABŞ dolları olaraq müəyyənləşdirilib.

Bu proqnoza görə 2021 və 2022-ci illərdə neftin qiyməti 35 və 45 dollara yüksəlməlidir.

Reuters agentliyi bildirir ki, Rusiya Mərkəzi Bankının əsas stavkanı azaltması əksər təhlilçilərin proqnozlarına uyğundur.

Əsas uçot faizi dərəcəsi Rusiya Bankının kommersiya banklarına rublla kreditləri hansı faizdən buraxacağını müəyyənləşdirir.

Stavkanın salınması bankların biznes və əhaliyə rubl kreditlərini daha aşağı faizlə verməsinə imkan yaradır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG