Keçid linkləri

2024, 10 Aprel, çərşənbə, Bakı vaxtı 10:34

Latviyadan daha bir Rusiya jurnalisti qovulub


Rusiya jurnalisti bildirib ki, Latviyanın hakimiyyət orqanları ona ölkəni tərk etmək üçün 24 saat vaxt verib. Jurnalistə ölkənin milli təhlükəsizliyinə hədə təşkil etdiyi deyilib.

Rusiyanın Interfax agentliyi yanvarın 4-də bildirib ki, Olqa Kurlayevanın deportasiyası barədə qərar qəbul edilib.

Kurlayeva Rusiya televiziyasına deyib: “Deportasiya olacaq. Səbəbi hələlik aydın deyil. Onlar deyirlər ki, ərimin barəsində çıxarılmış qərar kimidir, yəni mən milli təhlükəsizlik üçün hədəyəm”.

Kurlayevanın əri, Rusiyanın TVT telekanalının müxbiri Anatoli Kurlayev Latviyaya yanvarın 1-də gəldiyi gün saxlanmış və dərhal deportasiya olunmuşdu.

Kurlayev deyib ki, onun adı hələ 2015-ci ildə Latviya Daxili İşlər Nazirliyinin arzuolunmaz şəxslər siyahısında olub.

Daxili işlər naziri Rihards Kozlovskis yanvarın 3-də demişdi ki, 2017-ci ildə Latviyada 100-dək şəxs müxtəlif səbəblərə görə qara siyahıya salınıb. Bunların arasında Latviya və onun xalqına “dost münasibət bəsləməyən şəxslər” də var.

Hökumət məxfiliyinə görə bu siyahını açmır.

Anatoli Kurlayev düşünür ki, onun deportasiyası çəkdiyi sənədli filmlə bağlı ola bilər. “NATO qapıdadır” adlı bu filmin bəzi materialları 2015-ci ildə Latviyada toplanmışdı.

TVT deportasiya qərarını başa düşmədiyini və Kurlayevin Latviyaya şəxsi səfərə getdiyini bildirib.

Telekanalın bəyanatında deyilir ki, “Kurlayevin deportasiyası Latviya hakimiyyətinin Rusiya mediasına qərəzli münasibıətini əks etdirir”.

Rusiya və keçmiş sovet respublikaları – Latviya, Litva və Estoniya arasında münasibıətlər, Moskva 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edəndən bəri gəriginləşib.

Bu üç ölkə hazırda NATO-nun və Avropa İttifaqının üzvüdür.

XS
SM
MD
LG