Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:45

Moskva Kubaya 38 milyon avro verir ki, Rusiyadan silah alsın


Rusiya prezidenti Vladimir Putin (sağda) və Kuba lideri Miguel Diaz-Canel noyabrın 2-də Moskvada görüşüblər
Rusiya prezidenti Vladimir Putin (sağda) və Kuba lideri Miguel Diaz-Canel noyabrın 2-də Moskvada görüşüblər

Rusiya və Kuba prezidentləri iki ölkə arasında siyasi, iqtisadi və hərbi bağların mökəmləndirilməsinə çağırıblar və ABŞ-ın “suveren dövlətlərin daxili işlərinə qarışmasını” pisləyiblər.

Noyabrın 2-də Moskvada keçirilmiş danışıqlardan sonra Rusiya prezidenti Vladimir Putin və Kuba lideri Miguel Diaz-Canel birgə bəyanatlarında habelə Moskva ilə Latın Amerikası ölkələri arasında daha sıx inteqrasiyaya çağırıblar.

Bu səfər hər iki ölkənin Birləşmiş Ştatlarla münasibətlərinin gərgin zamanına təsadüf edir.

ABŞ rəsmiləri Havananı iddia edilən insan haqları pozuntularına görə tənqid edirlər. Moskva və Vaşinqton arasında isə ABŞ-ın Rusiyanı Birləşmiş Ştatların seçkilərinə müdaxilə etdiyinə dair iddiaları, habelə Moskvanın Krımı ilhaq etməsi və Suriya prezidenti Assad-a dəstək verməsinə görə ciddi fikir ixtilafı var.

Diaz-Canel Putini 2019-cu ildə Kubaya səfər etməyə dəvət edib. Putin indiyədək Kubada iki dəfə - 2004 və 2014-cü illərdə olub.

Birgə mətbuat konfransında Diaz-Canel deyib ki, iki ölkə müştərək enerji layihələri, nəqliyyat, metallurgiya və biotexnologiyalar sahəsində əməkdaşlığı gücləndirmək barədə qərar qəbul edib.

Rusiya maliyyə nazirinin müavini Sergei Storchak jurnalistlərə deyib ki, Moskva Kubaya Rusiya silahı ala bilməsi üçün 38 milyon avro kredit verəcək.

Soyuq müharibə illərində Moskva Birləşmiş Ştatların qatı düşməni olan Fidel Castro hökumətinə milyardlarla dollarlıq yardım və dotasiyalar verib.

Lakin bütün bu maliyyə yardımları 1991-ci ildə SSRİ çökəndən bəri dayanmışdı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG