Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:14

Rusiyada rəsmiləri ‘qaçılmaz rüşvət’ə görə cəzadan azad edən qanun hazırlanır


Rusiya Ədliyyə Nazirliyi “müstəsna şəraitdə” rüşvət və başqa korrupsiya aktlarının dekriminalizasiyana dair qanun layihəsi təklif edib.

Dövlət internet saytında yanvarın 29-da dərc edilmiş qanun layihəsi prezident Vladimir Putin ötən iyun ayında antikorrupsiya planını açıqladıqdan sonra işlənib.

Qanun layihəsinə görə korrupsiya haqqında qanunu “məcburən və ya qaçılmaz və obyektiv səbəblərə” görə pozmuş məmurlar cəzalandırılmaya bilər. Qanun layihəsi “belə hallarda” məmuru cinayət məsuliyyətindən azad edir.

Maliyyə Nazirliyi rəsmiləri cəzadan qurtaran “belə halların” nümunələrini göstərməyib.

Rusiyanın Vedomosti qəzeti yazır ki, nazirlik antikorrupsiya qanunlarından istisna verən spesifik halların nümunələrini sözü gedən qanunvericilik təşəbbüsünə dair ictimai müzakirələr başa çatandan sonra göstərəcək. Bu müzakirələrin fevralın 8-də tamçamalanması nəzrədə tutulub.

Transparency International antikorrupsiya təşkilatının indeksində Rusiya 180 ölkə arasında 138-ci yeri tutur.

Rusiya mediası İstintaq Komitəsinə istinadən yazır ki, 2011-ci ildən bu yana ötən 7 il ərzində korrupsiyanın dövlətə vurduğu ziyan 123 milyard rubl təşkil edib.

Bu müddətdə məhkəmələrə korrupsiya ilə bağlı 71 min cinayət işi göndərilib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG