Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:28

Rusiyada korrupsiya halları kəskin artıb


İllüstrativ foto
İllüstrativ foto

Yanvarın 1-dən iyunun 30-dək Rusiyada 24 min 500 korrupsiya halı qeydə alınıb.

Rusiya Baş prokurorluğu ilin əvvəlindən ölkədə korrupsiya hallarında kəskin artım qeydə alındığını bildirir.

Prokurorluğun avqustun 30-da açıqladığı hesabata görə, yanvarın 1-dən iyunun 30-dək Rusiyada 24 min 500 korrupsiya halı qeydə alınıb. Bu, son səkkiz ilin ən yüksək rəqəmidir.

40 milyard rubl

Bu halların yarıdan çoxu rüşvətxorluqla bağlıdır ki, bunların da üçdə birində 10 min rubldan (135 dollar), yaxud ondan da az məbləğdən söhbət gedir.

Rüşvətxorluq hallarının əksəriyyəti Prezident Vladimir Putinin doğma şəhəri Sankt Peterburqda, daha sonra cənub-qərbi Stavropolda və Volqa-Ural ərazisindəki Perm diyarında qeydə alınıb.

Hesabatda deyilir ki, 2020-ci illə müqayisədə bu ilin ilk altı ayı ərzində korrupsiyanın səviyyəsi 16.5 faiz artıb. Bu il korrupsiyanın vurduğu ziyanın həcmi isə 40 milyard rubldur (544 milyon dollar). Bu, 2020-ci ildəkindən 7 milyard rubl çoxdur.

Dondurulan vəsait

Bu ilin altı ayı ərzində korrupsiya halları üzrə 45 milyard rublluq vəsait dondurulub. Bu, 2020-ci il üzrə ümumi məbləğdən üç dəfə çoxdur.

Bu ilin əvvəlində Baş Prokurorluq bildirirdi ki, korrupsiya halları ən çox hüquq-mühafizə əməkdaşları arasında qeydə alınıb. Onlardan sonra Müdafiə Nazirliyi rəsmiləri gəlirdi.

Martda Dövlət Duması “təsadüfi korrupsiya” haqqında qanun layihəsini birinci oxunuşda təsdiqləyib. Layihədə rəsmilərin və hüquq-mühafizə əməkdaşlarının nəzarət edə bilmədikləri vəziyyətlərdə korrupsiya üçün mühakimədən azad olunması nəzərdə tutulur. Söhbət təbii fəlakətlərdən, hərbi əməliyyatlardan, yanğınlardan, pandemiyadan, terror hücumlarından və digər oxşar tədbirlərdən gedir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG