Keçid linkləri

2026, 17 İyul, cümə, Bakı vaxtı 01:07

Rusiyada koronavirusdan ölüm halları getdikcə artır

COVİD-19 qurbanlarının dəfn olunduğu məzarlıq, St. Petersburq, Rusiya, 6 noyabr  2020
COVİD-19 qurbanlarının dəfn olunduğu məzarlıq, St. Petersburq, Rusiya, 6 noyabr 2020

Rusiyada COVİD-19-dan ölüm halları yenidən yüksəlib. AzadlıqRadiosunun rus xidməti xəstəliklə mübarizə üzrə operativ qərargaha istinadla yazır ki, sutka ərzində Rusiyada 936 nəfər vəfat edib.

Koronavirusla bağlı yüksək ölüm halları oktyabrın 1-dən müşahidə olunmaqdadır. Rəsmi məlumata görə, pandemiya başlayandan indiyə qədər ölkədə 214 min 485 nəfər vəfat edib.

Müstəqil demokraflar isə bildirilər ki, Rusiyada rəsmi qurumlar COVİD-19-dan ölüm hallarını ən azı 3 dəfə az göstərirlər.

Həmin qrupun iddiasına görə, ilhaq edilmiş Krım da daxil olmaqla indiyə qədər Rusiyada koronavirusdan ölənlərin sayı 645 minə yaxındır.

Müqayisədə bu say Rusiyanın İjevski, Barnaul və ya Ulyanovski kimi iri şəhərlərinin əhalisinə bərabərdir.

This item is part of
XS
SM
MD
LG