Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:26

Rusiyada koronavirus statistikası artır


Moskva
Moskva

Rusiyada koronavirusa yoluxanların sayı 114 nəfərə çatıb. Bu barədə baş nazirin müavini Tatyana Qolikova məlumat verib.

Bir gün əvvəl yoluxanların sayı 93 idi.

Moskvadan başqa Samara, Kalininqrad, Tver və s. Kimi bölgələrdə, o cümlədən Tatarıstan və Xakasiyada da virus qeydə alınıb.

"Hazırda xəstəxanalarda 109 xəstə var, onlardan 106-nun simptomu yüngüldür, 104 nəfər ölkəyə yoluxmuş halda daxil olub", deyə Qolikova bildirib.

Rusiya prezidenti Vladimir Putin rusiyalılara məsləhət görüb ki, panika ilə ərzaq tədarükü görməsinlər və karantin qaydalarına əməl etsinlər.

Baş nazir Mixail Mişutsin isə deyib ki, kifayət qədər qida ehtiyatı var və vəziyyət stabildir: “Rusiyada durum çoxlu başqa ölkədən daha yaxşıdır”, deyə Mişutsin bildirib.

XS
SM
MD
LG