Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:18

Rusiyanın hərbi təyyarələri Cənubi Koreyanın hava məkanını pozub


Su-30 SM təyyarəsi
Su-30 SM təyyarəsi

Cənubi Koreya, Rusiya təyyarələrinin onun hava məkanını pozduqlarını deyir.

“Yonhap” agentliyi ölkənin daxili işlər nazirliyinə istinadla, insidentin iyulun 23-ü səhər saatlarında baş verdiyini xəbər verir.

Cənubi Koreya hərbçilərinin məlumatına görə,Rusiyanın bombardmançı təyyarələri Tokto adaları rayonunda sərhədi iki dəfə pozublar.

Bu ada Cənubi Koreya ilə Tokio arasında mübahisəli ərazidir.

Cənubi Koreyanın qırıcı təyyarələri buna cavab olaraq xəbərdarlıq atəşi açılıblar.

Hər iki halda ucuş 3 dəqiqə çəkib.

Rusiyanın müdafiə nazirliyi isə iddia edir ki, Tu-95MC təyyarələri Cənubi Koreyanın hava mıkanına girməyiblər.

Nazirlik həmçinin heç bir xəbərdarlıq atəşi açılmadığını iddia edir.

Bu barədə “İnterfaks” agentliyi xəbər verir.

“Yonhap” agentliyi bildirir ki, Rusiya təyyarələri Cənubi Koreyanın hava hüdudlarını çox nadir hallarda pozurlar.

Son belə hadisə iyunun 20-də olub.

Onda da iki Rusiya təyyarəsi Cənubi Koreya ərazisinə daxil olmuşdular.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG