Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:40

Putin xaricdən ölkəyə qayıdan kapitala amnistiya təklif edir


Prezident Vladimir Putin deyib ki, xaricdən ölkəyə qaytarılmış maliyyə vəsaitləri üzərindən 13 faizlik gəlir verigisi silinməli və kapitalını xaricdən Rusiyaya qaytaran bizneslər üçün amnistiya təzələnmləidir.

2014-c ildən bəri Rusiyadan xaricə axan kapitalın artması, habelə Ukraynadakı münaqişəyə görə Qərblə münasibətlərin pisləşməsi, neft qiymətlərinin düşməsi Moskvanı öz kapitalını Rusiyaya qaytaranlar üçün amnistiya verməyə məcbur edib.

Əslində müddəti ötən il bitmiş amnistiya ölkəyə qaytaraılan kapital üçün vergini ləğv edirdi.

Rusiyanın maliyyə naziri Anton Siluanov dekabrın 22-də bəyan etmişdi ki, amnistiyanın müddəti ən azı 12 ay müddətinə uzadılmalıdır.

ABŞ prezidenti Donald Trump avqust ayında Rusiyaya qarşı sanksiyaları ehtiva edən qanunu imzalayıb.

Rusiya parlamentinin rəhbərliyi ilə söhbət zamanı Vladimir Putin deyib ki, onun əvvəllər açıqlamadığı iki təklif var.

Putin deyib: “Birincisi amnistiyanın müddətinin uzadılmasıdır. Mən bunu ona görə deyirəm ki, xarici təzyiqlər azalmır, əksinə artır”.

Putin deyib ki, onun ikinci təklifi Rusiyaya köçürülən maliyyə vəsaitlərinin üzərindən 13 faizlik verginin götürülməsi barədədir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG