Keçid linkləri

Təcili xəbərlər
2018, 28 May, Bazar ertəsi, Bakı vaxtı 11:57

Putinin təniqdçisi olan döyülmüş jurnalist xəstəxanada vəfat etdi


Rusiyalı jurnalist Nikolay Andryuşçenko

AzadlıqRadiosu xəbər verir ki, Rusiya hökuməti və prezident Vladimir Putin barədə tənqidi məqalələr yazan tanınmış jurnalist naməlum şəxslər tərəfindən qəddarcasına döyüldükdən sonra düşdüyü Sankt Peterburq xəstəxanasında vəfat edib.

Novı Peterburq həftəliyinin 73 yaşlı təsisçisi Nikolay Andryuşçenko martın 9-da hücuma məruz qalandan bəri huşunu itirmiş vəziyyətdə idi.

Andryuşçenkonun həmkarları və vəkili bildiriblər ki, jurnalist, döyülməsinin ardınca beynində cərrahiyyə əməliyyatı aparıldıqdan sonra süni tənəffüs aparatına qoşulmuşdu, lakin son günlərmüstəqil olaraq nəfəs ala bilirmiş.

Buna baxmayaraq jurnalist koma vəziyyətindən çıxa bilməyib və aprelin 19-da vəfat edib.

Ona hücum edənlər tapılmayıb.

“Novı Peterburq” qəzetinin redaktoru Denis Usov həmkarına edilən hücumu onun şəhərdəki korrupsiya faktlarına aid tənqidi məqalələri ilə əlaqələndirir.

Bu məqalələrdə Sankt Peterburq şəhərinin rəhbərliyi ilə mütəşəkkil cinayətkar sindikatlar arasında iddia edilən geniş əlaqələrdən bəhs olunurdu.

ATƏT-in media azadlığı nümayəndəsi Dunja Mijatovic aprelin 19-da yazdığı tvitdə bildirib ki, Andryuşçenkonun ölümü onun “qəddarcasına döyülməsi” nəticəsində baş verib.

Xanım Mijatovic bunu da qeyd edib ki, Rusiyada jurnalistlər tez-tez təhdid, hədə və hücumlara hədəf olurlar.

Andryuşçenko 1990-1993-cü illərdə Sankt Peterburq şəhər sovetinin (Lensovetin) üzvü olub.

O bir jurnalist kimi Rusiyada insan haqlarının pozulması, mütəşəkkil cinayətkarlıq və polis qəddarlığı ilə bağlı yazıları ilə məşhurlaşıb.

Andryuşçenko 2000-ci ildə Putin hakimiyyətə gələndən dərhal sonra bundan narahatlığını ifadə etmişdi.

Jurnalist yazırdı ki, Putinin hakimiyyətə gəlməsi əslində bütün Rusiyanın xüsusi xidmətlərin nəzarətinə keçməsi deməkdir.

Jurnalistlərin Müdafiə Komitəsi – CPJ bildirir ki, Andryuşçenko hələ 2007-ci ildə böhtan ittihamlı ilə həbs edilib məhbəsə atılmışdı. Buna səbəb, onun Sankt Peterburqda baş vermiş bir qətlin təhqiqatına və bununla əlaqədar məhkəmə prosesinə dair araşdırma yazısı ilə çıxış etməsi olmuşdu.

Yenə də CPJ-nin məlumatına görə elə o vaxt, 2007-ci ilin noyabrında Andryuşçenko naməlum şəxslər tərəfindən döyülmüşdü.

Hələ o vaxt jurnalistin həmkarları deyirdilər ki, onun döyülməsi və həbsi parlament seçkiləri ərəfəsində “Novı Peterburq” qəzetində şəhər hakimiyyətini tənqid edən yazılarla bağlı idi.

Andryuşçüenko sonralar bildirmişdi ki, onu həbsdə olduğu müddətdə işgəncələrə məruz qoyublar.

2009-cu ildə Sankt Peterburq məhkəməsi onu böhtan və ekstremizm ittihamları ilə cərimə cəzasına məhkum etmişdi.

Memorial insan haqları mərkəzi Andryuşçenkonu vicdan məhbusu elan etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG