Keçid linkləri

2024, 06 Dekabr, Cümə, Bakı vaxtı 18:10

Rusiya ittihamları rədd edir, Putin isə...


V.Putin
V.Putin

Rusiya hakimiyyətinin nümayəndələri ölkə hərbi kəşfiyyatçılarının dünya boyu haker hücumlarına keçməsi haqda ittihamları rədd edir. Federasiya Şurasının sədri Valentin Matviyenko bu ittihamı «feyk» – saxta adlandırıb.

«Rusiya təhlükəsi mütləq olmalıdır, hər gün Qərb «obıvatel»inin beyninə Rusiyanın təhdid olması fikrini döyəcləmək lazımdır, bu üzdən də ağ saplarla tikilmiş xəbər və təxribatları istehsal edirlər», - Matviyenko deyib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov sözügedən ittihamlarla bağlı təkcə bunu söyləyib ki, bu deyilənlər prezident Vladimir Putinin Hindistanda baş nazirlə danışıqlar aparmasına mane olmayıb. Bu danışıqlar zamanı Hindistana qiyməti 5 milyard dollardan çox olan C-400 zenit-raket komplekslərinin satılması ilə bağlı razılaşma əldə olunub.

«Burda (Hindistanın paytaxtındakı danışıqlar) gündəm real hadisələrə, qarşılıqlı əlverişli əməkdaşlığa bağlıdır. O, isterik təzahürlərdən azaddır», - Peskov TASS-a söyləyib.

S.Ryabkov
S.Ryabkov

XİN: «Uydurmanı... yeni saxtakarlıqlarla bərkitməyə çalışırlar»

Xarici İşlər Nazirliyi bu ittihamları «rejissorlaşdırılmış təbliğat aksiyası» adlandırıb. Nazirlik Hollandiyanın ittihamlarına belə cavab verib. ABŞ-ın ittihamlarıni isə nazir müavini Sergey Ryabkov «saxta» adlandırıb.

«Vaşinqtonda var-gücləri ilə çalışırlar ki, Rusiyanın 2016-cı il prezident seçkilərinə müdaxiləsi haqda köhnə uydurma məhv olmasın. Ona görə də onu yeni saxtakarlıqlarla bərkitməyə çalışırlar, bununla da həm öz, həm də dünya ictimaiyyətini aldatmaqda davam edirlər, bizim ölkəmizə yeni sanksiyalar və başqa tədbirlər üçün əlavə bəhanələr yaradırlar», - nazir müavini söyləyib.

Ölkə başçısı Vladimir Putin, hələlik, şəxsən Rusiya hərbi kəşfiyyatının ünvanına səsləndirilən ittihamlara cavab verməyib. Müdafiə Nazirliyi də heç bir şərh vermir.

ABŞ Rusiya hərbi kəşfiyyatının üzvü olduğu deyilən 7 nəfəri müxtəlif ölkələrdə kiberhücumlar təşkil etməkdə suçlayıb. Onların arasında Hollandiyadan çıxarılmış 4 Rusiya vətəndaşı da var. Həmin şəxslərin bu ilin aprelində Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının qərargahına haker hücumlarına cəhd etdikləri bildirilir. Daha 3 Rusiya vətəndaşı ABŞ seçkilərinə müdaxilədə təqsirli bilinir.

Oktyabrın 4-də Rusiya hərbi kəşfiyyatının ünvanına Böyük Britaniya, Hollandiya və Kanada da ittihamlar səsləndiriblər.

XS
SM
MD
LG