Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:25

ABŞ Rusiyaya daha bir xəbərdarlıq edir


ABŞ-ın BMT Tərksilah Konfransındakı səfiri Robert Wood
ABŞ-ın BMT Tərksilah Konfransındakı səfiri Robert Wood

Vaşinqton bir daha Moskvanı silahlara nəzarətə dair Soyuq müharibə dövründən qalma əsas müqavilənin qorunub saxlanması naminə “nümayişkəranə addım” atmağa çağırıb. ABŞ habelə Rusiyanı beynəlxalq meydanda “məsuliyyətli dövlətə xas” davranmamaqda ittiham edib.

Birləşmiş Ştatların BMT Tərksilah Konfransındakı səfiri Robert Wood yanvarın 21-də bəyan edib ki, Vaşinqton “Rusiyaya özünün silahlara nəzarət üzrə öhdəliklərinə əməl etməsində etbar etməyin mümkünsüzlüyünü” getdikcə daha çox müşahidə edir.

Robert Wood əlavə edib ki, Moskva dünya boyunca özünün sabitliyi pozan ziyanlı hərəkətlərini davam etdirir.

Birləşmiş Ştatlar ötən fevral ayında bildirib ki, Rusiya Ortamənzilli Raketlərə dair Müqaviləyə zidd olan silahını demontaj etməsə, Şaniqton 1987-ci ildə imzalanmış bu razılaşmadan çıxacaq.

Rusiya sözü gedən raketin - SSC-8 və ya 9M729 raketinin həmin müqaviləni pozduğuna dair iddiaları rədd edir.

Wood Tərksilah Konfransının Cenevrədə keçirilən iclasında deyib ki, Rusiyanın “hərəkətləri, siyasətləri və davranışları məsuliyyətli dövlət anlayışı ilə bir araya sığmır”.

O deyib ki, Rusiyanın qısa adı INF müqaviləsi olan bu sənədin şərtləri daxilinə qayıtmasının yeganə bir yolu var: “SSC-8 raketləri, onları buraxan qurğular və müvafiq avadanlıq şəffaflıqla ləğv edilməlidir”.

Səfir bildirib ki, Trump administrasiyası bu məsələdə Moskvanın hərəkətsizliyinə, başqalarının beynəlxalq sazişlərdə cığallıq etməsinə laqeyd müşahidəçi olaraq qalmayacaq.

Wood-un bu bəyantından sonra Rusiyanın eyni qurumdakı səfiri Aleksandr Deineko deyib ki, “birtərəfli iddialar irəliyə doğru hərəkətin konstruktiv yolu deyil”.

Deinenko bəyan edib: “Biz müqavilənin qadağan etdiyi raketin ləğvinə dair ultimatumlara boyun əyməyəcəyik".

Ötən həftə INF sazişinə dair Rusiya ilə apardıqları danışıqlardan sonra ABŞ rəsmiləri bidliriblər ki, Moskva özünün raket sisteminin təftişinə icazə vermir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG