Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:20

‘Moskva Sovet imperiyasının çökməsi ilə heç vaxt barışmayıb’


Polşanın baş naziri Mateusz Morawiecki
Polşanın baş naziri Mateusz Morawiecki

Polşanın baş naziri Mateusz Morawiecki deyib ki, Rusiyanın tikintisini planlaşdırdığı ŞimalAxını 2 təbii qaz kəməri Moskvanın Avropanın enerji təhlükəsizliyinə, Avropa İttifaqı və NATO arasındakı həmrəyliyə qarşı hibrid silahıdır.

NATO Parlament Assambleyasının mayın 28-də keçirilən iclasında Morawiecki deyib ki, ŞimalAxını 2 “Avropanın təhlükəsizliyi üçün uzaqgedən nəticələri olan zəhər həbidir”.

Ziddiyyətli ŞimalAxını 2 layihəsi ŞimaliAxını layihəsinin davamı olmaqla Baltik dənizinin dibi ilə keçərək Rusiya qazını Almaniyaya nəql etməlidir.

Birləşmiş Ştatlar, Polşa, Baltik ölkələri və bir neçə Avropa İttifaqı ölkəsi bu layihə ilə bağlı narahatlıqlarını ifadə ediblər. Onların fikrincə Ukraynadan yan ötəcək bu kəmər Moskvaya enerji təhlükəsizliyi üzərində əlavə rıçaq verəcək.

Rusiya prezidenti Vladimir Putinsə bildirir ki, Vaşinqtonun ŞimalAxını 2-yə qarşı çıxması prezident Donald Trump-ın Avropaya Amerikanın maye qazını satmaq niyyətindən irəli gəlir.

Bundan əvvəl assambleyada çıxış edən Polşa prezidenti Andrzej Duda Rusiyanın Avropadakı niyyətləri barədə xəbərdarlıq edib:

"Təəssüflə deyilməlidir ki, Moskva Sovet İttifaqı imperiyasının çökməsi faktı ilə heç vaxt barışmayıb. Gürcüstana müdaxilə, Krımın ilhaqı və Ukrayanaya qanunsuz hərbi müdaxilə Rusiyanın əsl niyyətlərindən xəbər verir”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG