Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:06

Rusiya idmançıları Qış Olimpiadasında ‘neytrallar’ kimi iştiraka hazırdırlar


Rusiya Olimpiya Komitəsinin rəsmisi, qılıncoynatma üzrə çempion Sofya Velikaya deyib ki, idmançılardan heç biri Olimpiadanı boykot etmək istəmir
Rusiya Olimpiya Komitəsinin rəsmisi, qılıncoynatma üzrə çempion Sofya Velikaya deyib ki, idmançılardan heç biri Olimpiadanı boykot etmək istəmir

Rusiyanın bir qrup tanınmış idmançısı və idman rəsmisi Rusiya idmançılarının Cənubi Koreyada keçiriləcək Qış Olimpiadasında “neytrallar” qismində iştiraka hazır olduğunu bildirib.

Dekabrın 11-də Rusiya Olimpiya Komitəsinin (ROK) internet saytında dərc olunmuş bəyanatda deyilir: "Bu gün biz, Rusiya idmançıları, 2018-ci il Pxençan Qış Olimpiadasında iştiraka hazır olduğumuzu bəyan edirk, hərçənd bizim üçün başqa ölkələrdən olan idmançılarla qeyri-bərabər şərait yaradılıb”.

Cənubi Koreya Olimpiadasında iştirakı gözlənilən idmançılardan daha çox, əksərən bundan əvvəlki olimpiadaların medalçıları tərəfindən imzalanmış bəyanatda bildirilir ki, sənəd “bütün idmançıların” adından olimpiyaçılar, məşqçilər və federasiya rəsmiləri ilə müzakirələrdən sonra hazırlanıb.

Beynəlxalq Olimpiya Komitəsi (BOK) ötən həftə Rusiyaya 9-25 fevral 2018-ci ildə keçiriləcək Qış Olimpiya oyunlarında iştirakı qadağan edib. Buna səbəb kimi antidopinq sisteminin “misli görünməmiş miqyasda” manipulyasiyası göstərilib.

Olimpiadanın Rusiya tərəfindən mümkün boykotuna dair müzakirələrin ardınca Rusiya prezidenti Vladimir Putin dekabrın 6-da deyib ki, hökumət bu tədbirə qatılmaq istəyən idmançıların qarşısını kəsməyəcək.

ROK-un komissiya sədri, olimpiya çempionu, qılıncoynadan Sofya Velikaya deyib ki, idmançıların əksəriyyəti Olimpiadada iştirak etmək istəyir.

Adı bəyanata imza atanların siyahısında birinci gələn Velikaya deyib ki, ROK-un sorğu göndərdiyi idmançılardan heç biri Olimpiadanı boykot etmək fikrində deyil.

BOK-un qadağan qanunundan əvvəl keçirlmiş təhqiqat Rusiya hökumətinin 2014-cü ilin Soçi Qış Olimpiadası zamanı idmançılara gizli dopinq verilməsini təmin edən sistem yaratdığını göstərmişdi.

BOK-un təhqiqaat qrupu bildirib ki, bu hadisə “Olimpiya hərəkatına və idmana misilsiz zərbə vuirub”.

BOK-un qadağan qərarından bir neçə həftə əvvəl 2014-cü ilin Olimpiadasında iştirak etmiş 20-dən çox Rusiya idmançısına antidiopinq qaydalarını pozduqlarına görə ömürlük idman qadağanı qoyulmuşdu.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG