Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:48

Rusiya idmançılarına qarşı yeni dopinq ittihamları verilib


Nadezhda Evstyukhina 2008-ci ildə qazandığı olimpiya medallarından məhrum edilib
Nadezhda Evstyukhina 2008-ci ildə qazandığı olimpiya medallarından məhrum edilib

Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (The International Weightlifting Federation - IWF) Rusiyanın daha yeddi aparıcı ştanqçısını diskvalifikasiya edib və onlara qarşı dopinq ittihamı irəli sürülüb.

Beləliklə cəzalandırılan Rusiya idmançılarının sayı 12-yə çatıb.

IWF bildirir ki, sözü gedən idmançılar - Dmitry Lapikov, Chingiz Mogushkov, Adam Maligov, Magomed Abuyev, Maxim Sheiko, Nadezhda Evstyukhina və Yulia Konovalovadır.

Onlardan beşi dünya və Avropa medalçısıdır.

Bu yeddi idmançıya qarşı ittihamlar Dünya Anti-Dopinq Agentliyi WADA-nın Rusiya idmanında dopinqdən geniş istifadəyə dair araşdırmasından qaynaqlanır.

Sözü gedən idmançılardan ikisi Lapikov və Evstyukhina bundan əvvəl qanlarında dopinq aşkar edildiyinə görə 2008-ci ildə qazandıqları olimpiya medallarından məhrum edilmişdilər.

IWF prezidenti Tamas Ajan bu qərarın qəbulundan sonra Budapeştdə deyib ki, təşkilat Rusiya idmançılarına qarşı yeni ittihamlardan təəssüf hissi keçirir.

Bundan əvvəl, avqustun 13-də IWF beş başqa Rusiya ştanqçısını yarışlardan xaric etmişdi.

Bunların arasında keçmiş dünya çempionu, üç olimpiya bürünc medalının sahibi Ruslan Albegov və Tima Turieva da var.

Qalanları iki dəfə Avropa çempionları Oleg Chen və David Bedzhanyan, habelə Avropa çempionatının gümüş medalçısı Igor Klimonovdur.

Bu arada başqa idman federasiyaları da Rusiya idmançılarına qarşı dopinq ittihamı ilə çıxış ediblər.

Beynəlxalq Biatlon İttifaqı iyun ayında Aleksandr Chernyshov və Aleksandr Pechyonkin-i dörd il müddətinə yarışlardan kənarlaşdırıb.

WADA prezidenti Craig Reedie deyib ki, Rusiya idmançılarına qarşı daha yüzədək dopinq ittihamının irəli sürüləcəyi gözlənilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG