Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 17:58

Rusiya idmançıları 2023-ədək milli bayraq altında yarışa bilməyəcəklər


Rusiya idmançıları iki il müddətində - 2022-ci ilin 16 dekabrınadək ölkənin dövlət bayrağı altında yarışa bilməyəcəklər.

Bu qərarı Dünya və Rusiya dopinq agentlikləri arasında mübahisəyə baxan idman arbitraj məhkəməsi qəbul edib.

Dünya Antidopinq Agentliyi – WADA-nın icraiyyə komitəsi Rusiya idmançılarının böyük beynəlxalq yarışlardan 4 il müddətinə məhrum olunmasını tövsiyə etmişdi.

Bundan başqa Rusiyaya iki il müddətində dünya çempionatlarını və olimpiadaları keçirmək qadağan olunacaq.

Lakin bu qadağanlar Avropa qitəsindəki yarışlara şamil edilməyəcək.

Məhkəmə xərcini Rusiya ödəyəcək

Başqa sözlərlə 2021-ci ilin yayında Avropa futbol çempionatının matçları və 2022-ci ildə Çempionlar Liqasının final oyunu planlaşdırıldığı kimi Rusiyada keçiriləcək.

Lakin Rusiya Antidopinq Agentliyi WADA ilə 2019-cu ilin yanvarından apardığı məhkəmə çəkişməsinin xərclərini – 1, 29 milyon dolları ödəməli olacaq.

2019-cu ilin 9 dekabrında WADA-nın icraiyyə komitəsi Rusiyanı dünya çempionatlarından və olimpiadalardan 4 il müddətinə məhrum etmişdi.

Amma bu da bildirlir ki, dopinqə “bulaşmayan” Rusiya idmançılarının Olimpiya oyunlarında neyrtal statusda çıxışına icazə verilir.

Rəsmi beynəlxalq yarışlarda Rusiya bayrağının qaldırılmasına və himninin çalınmasına da qadağan qoyulub.

WADA qadağan müddətinin qısaldılmasından məyus olub

2019-cu ilin 27 dekabrında Rusiya WADA-ya onun qərarı ilə, yəni dördillik qadağanla razılaşmadığına dair məktub göndərmişdi.

Bu ilin yanvar ayında WADA mübahisənin çözülməsi üçün Lozannadakı beynəlxalq idman arbitrajına müraciət etmişdi.

Bu məhkəmənin qərarından sonra məlum olub ki, Rusiya idmançıları Tokio 2020 və Pekin 2022 olimpiadalarında iştirak edə bilməyəcəklər.

Bu yarışlar ikiillik qadağan dövrünə düşür.

WADA-nıln rəhbəri Vitold Banka deyib ki, o arbitraj məhkəməsinin vəsatətdəki dördillik qadağanı iki ilə endirməsindən məyus olub.

Beləliklə Rusiya 2023-cü ildə Sankt Peterburqda xokkey üzrə dünya çempionatını maneəsiz keçirə biləcək.

Lakin məhkəmənin qərarında deyilir ki, Rusiya hökumətinin rəsmiləri olimpiya oyunlarının şura və komitələrində təmsil oluna bilməzlər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG