Rusiya hərbiyyəsi Tsirkon hipersonik qitələrarası raketi uğurla sınaqdan çıxardığını bildirir.
Prezident Vladimir Putin Rusiyanın şimal sahillərində keçirilmiş sınağı öz ölkəsi üçün “böyük hadisə” kimi alqışlayıb.
Oktyabrın 7-də Rusiya silahlı qüvvələri baş qərargahının rəisi general Valeri Gerasimov videobağlantı ilə Putinə sınaq atışının Ağ dənizdəki Admiral Qroşkov freqatından həyata keçirildiyi barədə məruzə edib.
Gerasimov deyib ki, antigəmi raketi səsdən səkkiz dəfə iti sürətlə uçub və Barents dənizində 450 kilometrlik məsafədə olan şərti hədəfi vurub.
Oktyabrın 7-də 68 yaşını qeyd edən Putin deyib:
“Silahlı qüvvələrimizin – ordu və donanmamızın ən son, həqiqətən də misilsiz silah sistemləri ilə silahlandırılması ölkəmizin uzun müddətdə müdafiə qabiliyyətini möhkəmləndirəcək”.
Putin bundan əvvəl də Tsirkon kimi yeni silahlar barədə dəfələrlə danışıb və deyib ki, bu silahların xarici analoqu yoxdur və onları aşkar etmək mümkünsüzdür.
Ötən il Rusiya prezidenti bildirmişdi ki, 1000 kilometrlik uçuş mənzili olan Tsirkon martin 9-da atılacaq.
O demişdi ki, Rusiya özünün Arktika bölgəsindəki hərbi mövcudiyyətini artıracaq.