Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:05

Rusiya Şaltay-Boltay haker qrupunun başçısını məhkum etdi


Şaltay-Boltay qrupunun başçısı Vladimir Anikeyev
Şaltay-Boltay qrupunun başçısı Vladimir Anikeyev

AzadlıqRadiosu yazır ki, Rusiyada məşhur Şaltay-Boltay haker qrupunun başçısı iki il müddətinə azadlıqdan məhrum edilib.

Onun fəaliyyəti və həbsi, Rusiyada kompüter cinayəti ilə hüquq-mühafizə orqanlarının nə dərəcədə çulğalaşdığını nümayiş etdirib.

Moskva şəhər məhkəməsi iyulun 6-da Vladimir Anikeyevi bağlı qapılar arxasında məhkum edib.

Anikeyev Rusiyada Şaltay-Boltay haker qrupunun başçısı kimi tanınır.

Bu qrup baş nazir Dmitri Medvedev də daxil, Rusiya hökumət rəsmilərinin email hesablarına müdaxilədə təqsirləndirilir.

Anikeyev 2016-cı ilin noyabrında həbs edilsə də, onun adı yalnız bu ilin yanvar ayında açıqlanıb.

Eyni vaxtda Rusiya Federal Təhlükəsizik Xidməti (FTX) kibercinayət bölümünün iki zabiti də həbs edilib.

Rusiyadan alınan xəbərlərdə deyilir ki, Ukraynada yaşayan Anikeyev Moskva hava limanında həbs edilib. Belə başa düşmək olar ki, onu xüsusi olaraq hakerlik fəaliyyətinin “qonorarı” ilə şirnikləndiriblər.

FTX zabitləri Sergey Mixaylov və Dmitri Dokuçayevə gəlincə isə, onlar məxfi informasiyanı ABŞ kəşfiyyatına ötürdüklərinə görə dövlət xəyanətində ittiham edilirlər.

Deyildiyinə görə, Mixaylov FTX-də keçirilən iclas vaxtı başına torba keçirilərək həbs olunub.

Bu iki zabit FTX-nin Təhlükəsizlik İnformasiyası Mərkəzində çalışırdılar. Bu mərkəz hakerliyə qarşı mübarizə çərçivəsində ABŞ-ın məxfi xidmətləri ilə əməkdaşlıq edirdi.

Moskvada mənzillənmiş Kaspersky Lab adlı təşkilatın keçmiş əməkdaşı da daxil ümumilikdə üç nəfərə qarşı ititham irəli sürüldüyü xəbər veruilir.

“Kommersant” qəzeti xəbər verir ki, bu işlə əlaqədar FTX mərkəzinin direktoru Andrey Gerasimov erkən pensiyaya məcbur edilib.

Şaltay-Boltay qrupunun keçmiş üzvlərindən Aleksandr Qlazastikovun isə Estoniyaya qaçdığı xəbər verilir.

Estoniya ictimai telekanalına və daha sonra Financial Times qəzetinə müsahibə verən Qlazastikov deyib ki, qrupun hakerlik fəaliyyətinə FTX-nin sözü gedən departamenti rəhbərlik edirmiş.

Mart ayında ABŞ prokurorları Dokuçayev və FTX-nin başqa bir zabitini 2014-cü ildə Yahoo şirkətinə müdaxilədə və 500 milyon istifadəçinin şəxsi məlumatının oğurlanmasında ittiham ediblər.

ABŞ-da Demokratik Partiyanın serverlərinə haker müdaxiləsində şübhəli bilinən Aleksey Belana qarşı da cinayət işi açılıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG