Keçid linkləri

Təcili xəbərlər
2023, 29 Sentyabr, Cümə, Bakı vaxtı 14:43

Rusiyada böyük həbsxana qiyamı baş verib (VIDEO)


Anqarskdakı 15-ci koloniyada yanğın

İnsan haqları fəallarının verdiyi məlumata görə Rusiyanın xüsusi əməliyyat qüvvələri qiyamı yatırmaq üçün təcili qaydada Sibir regionundakı İrkutsk həbsxanasına göndərilib.

The For Human Rights qeyri-hökumət təşkilatı bildirir ki, qiyam Anqarsk şəhərindəki 15 nömrəli koloniyada aprelin 9-da başlayıb.

İddialara görə qiyama məhbuslardan birinin keşikçi tərəfindən döyülməsi səbəb olub.

Bu məhbusun daha sonra intihara cəhd etdiyi bildirilir.

Rusiya Federal Penitensiar Xidmətinin İrkutsk vilayətindəki sözçüsü bildirib ki, insidentin başlanmasına səbəb, əksinə məhbusun keşikçiyə hücum etməsi olub.

O bildirib ki, hazırda həbsxanadakı vəziyyət “nəzarət altındadır”.

Sosial mediada paylaşılan videolarda həbsxana binalarının yandığı görünür və məhbusların “bizi öldürürlər” fəryadları eşidilir.

Hadisə zamanı ölənlər və ya xəsarət alanlar barədə təsdiqlənmiş məlumatlar yoxdur.

İnsan haqları fəallarını həbsxana ərazisinə buraxmayıblar.

Yerli İrkutsk Segodnya qəzeti yazır ki, 15 nömrəli kolonun məhbusları keşikçilərdən birinə hücum etdikdən sonra şüşə qırıntıları ilə özlərini kəsiblər.

Qəzet bunu da yazır ki, həbsxanada yanğın aprelin 10-da, axşam başlanıb.

Sosial medialarda paylaşılan video və fotolardan yanğının böyük ərazini əhatə etdiyi görünür.

Error rendering VK.

Bu da xəbər verilir ki, İrkutsk vilayətinin İstinqtaq Komitəsi hadisə ilə bağlı cinayət təhqiqatına başlayıb.

Bu həbsxanada 1300-dək məhbus saxlanır.

XS
SM
MD
LG