Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 06:51

Rusiyanın gündəlik itkisi150 milyon dollara çata bilər


arxiv foto

Rusiya OPEK-in neft hasilatının azaltma anlaşmasının pozulması səbəbindən günde 100 -150 milyon dollar itirəcək. Bunu "The Bell"ə müsahibəsində Lukoyl-un həmtəsisçisi Leonid Fedun bəyan edib. O, sazişin ləğv edilməsini məntiqsiz bir qərar adlandırıb. Fedun sözlərinə görə, bu cür itkilər neftin qiymətinin bir barrel üçün 40 dollara qədər gözlənilən enməsi ilə əlaqədardır.

Martın 7-də Brent markalı neftin bir barrelinin qiyməti 46,72 dollar olub.

İstehsalın azaldılması barədə sövdələşmə Rusiyanın belə bir addım atmaqdan imtina etməsi səbəbindən baş tutmadı. Bir gün əvvəl Vyanada neft ixrac edən ölkələrin nümayəndələrinin iclası keçirilib və razılaşma olmadan başa çatıb.

Səudiyyə Ərəbistanı istehsalın azaldılmasında israr edir. Ər-Riyadın fikrincə, belə bir addım yanacağın qiymətini saxlaya və ya hətta artıra bilər. İndi qiymət koronavirus səbəbindən aşağı tələbat üzündən düşür. Moskva buna qarşı çıxdı.

Ayın sonuna qədər gündəlik 1.7 milyon barel azaltmaq üçün razılaşma mövcuddur. Rusiya Energetika Nazirliyi, aprelin 1-dən etibarən ölkələrin neftin azaldılması ilə bağlı öhdəliklərinin olmadığını ifadə edib.

Multimedia

XS
SM
MD
LG