Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:56

Rusiya Cənubi Koreyadan yük gəmisinin buraxılmasını tələb edir


Cənubi Koreyanın Rusiyadakı səfiri Woo Yoon-keun
Cənubi Koreyanın Rusiyadakı səfiri Woo Yoon-keun

Cənubi Koreyanın Moskvadakı səfiri Rusiyanın Xarici İşlər Nazirliyinə dəvət olunub və ondan Rusiya yük gəmisinin Busan portundan “dərhal” buraxılması tələb edilib.

Nazirliyin oktyabrın 1-də verdiyi bəyanatda deyilir ki, Sevastopol gəmisi Busan limanında “qanunsuz” olaraq saxlanır və onun saxlanması səbəbi barədə heç bir məlumat verilməyib.

Rusiyanın xəbər agentlikləri Cənubi Koreya səfiri Woo Yoon-keun-a istinadən bildirir ki, bu məsələ oktyabrın 2-də həll olunacaq:

"Biz Rusiya və Cənubi Koreya arasındakı münasibətlərin bundan sonra da uğurla davam edəcəyinə inanırıq”.

Rusiya mediası xəbər verir ki, Sevastopol gəmisi Busan limanına təmir üçün avqustun ortalarında yan alıb. Onun göyərtəsində 14 Rusiya dənizçisi var.

Sevastopol ABŞ tərəfindən sanksiya siyahısına salınmış 6 gəmidən biridir. ABŞ bildirir ki, bu gəmi Şimali Koreyanın BMT sanksiyalarından yayınmasına kömək edir.

Gəminin əməliyyatçısı olan Gudzon Shipping Co. şirkəti üzərinə də Şimali Koreya ilə qanunsuz ticarətə görə sanksiya qoyulub.

Rusiya ABŞ-ın inddialarını rədd edir və bildirir ki, Vaşinqtonun bu hərəkətlərinə cavab tədbirləri hazırlayır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG