Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:04

Moskvada 'Böyük futbol konserti' olub


Qırmızı meydanda konsert
Qırmızı meydanda konsert

Rusiya paytaxtı Moskvanın Qırmızı meydanında bütün ölkə boyunca 2018-ci ilin Dünya Kubokuna həsr edilmiş şənliklərə başlanğıc olan böyük konsert keçirilib.

Prezident Putin bu tədbirə iyunun 13-də gecə saatlarında gəlib.

Böyük konsertdə rusiyalı müğənni Anna Netrebko və pianoçu Denis Matsuev, ispaniyalı tenorPlacido Domingo, tanınmış Rusiya dirijoru Valery Gergiev çıxış ediblər.

Putin dünya futbol çempionatının Moskavanın 80 min yerlik Lujniki stadionunda yerli vaxtla axşam 18-də başlanacaq açılış mərasimində iştirak edəcək.

Rusiyada keçirilən dünya çempionatının televiziya translyasiyalarına 3, 5 milyard tamaşaçının baxacağı gözlənilir. Bu dünya əhalisinin yarısı deməkdir.

Rusiya çempionatın ev sahibliyi üçün 11 milyard dollarla 14 milyard dollar arasında vəsait xərcləyib. Bunun 6, 11 milyard dolları nəqliyyat infrastrukturuna, 3. 45 milyard dolları stadionların tikintisinə, 680 milyon dolları qonaq evi və mehmanxanaların tikintisinə xərclənib.

Moskvadakı Lujniki və Spartak stadionlarından başqa çempionatın oyunları Sankt Peterburq, Soçi, Kazan, Saransk, Kalininqrad, Volqoqrad, Rostov, Nijni Novqorod, Yekaterinburq və Samara şəhərlərində keçiriləcək.

Putin iyunun 13-də FIFA-nın Moskvada keçirilən 68-ci konfransında çıxış edib.

O deyib ki, Rusiya daim idmanın siyasətdən ayrı olması prinsipini dəstəkləyib.

Rusiyada dünya çempionatı Moskva ilə Qərb arasında münasibətlərin sovet zəmanəsindən bəri ən gərgin və mürəkkəb dövrünə təsadüf edir.

Human Rights Watch, Amnesty International kimi təşkilatlar böyük idman tədbirinin insan haqlarının kobud pozulduğu Rusiyada keçirilməsinə etiraz edirdilər.

AzadlıqRadiosu yazır ki, ev sahibi olmasına baxmayaraq Rusiyanın milli yığması bu çempionatda böyük çətinliklərlə üzləşəcək. Rusiya FIFA-nın reytinqində 70-ci pillədədir.

Ötən çempionatın qalibi olmuş Almaniya FIFA-nın reytinqində birincidir.

Onun ardınca Braziliya (2), Belçika (3), Portuqaliya (4), Argentina (5) və Fransa (7) gəlir.

Dünya çempionu titulu uğrunda da əsasən bu komandaların mübarizə aparacağı gözlənilir.

İtaliya, Birləşmiş Ştatlar və Hollandiya kimi ölkələrin komandaları seçmə mərhələni keçə bilməyiblər.

Növbəti Dünya Kuboku çempionatı 2022-ci ildə Qətərdə, 2026-cı ildə isə müştərək qaydada ABŞ, Meksika və Kanadada keçiriləcək.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG