Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:50

Kommerstant:""Facebook" və "Twitter" Rusiyaya bağlı hesab etdiyi hesabları silib


Rusiyanın "Kommersant" qəzeti yazır ki, Facebook və Twitter Rusiyaya bağlı olduğu iddia olunan 300-ə qədər hesabı silib.

İddiaya görə, Rusiya bu hesablardan ABŞ-dakı istifadəçilərə təsir etmək üçün istifadə edirmiş.

Hesablar Qana və Nigeriyadan idarə olunurmuş.

Facebook 49 səhifəni 85 şəxsi hesabı silib. İnstagramdan isə 69 səhifəni çıxarıb. Şirkət hesab edir ki, bu hesablar Rusiyanın internet araşdırma agentliyinə bağlıdır.

Anonim hesablar tez-tez ABŞ haqda xəbərlər dərc edib, öz auditoriyalarını genişləndirməyə çalışıblar.

Onların əsas mövzuları ABŞ-da qaradərililərin tarixi, məşhurlar haqda söz-söhbətlər, LGBT-icma problemləri haqda məlumatlar dərc edirmiş, amma ABŞ seçkiləri barədə heç bir yönləndirmə yox imiş.

Martın 13-də ABŞ-ın beş senatoru Avropa Birliyinə müraciət edib ki, rusiyalı biznesmen Yevgeni Priqojinə sanksiya tətbiq etsin. Senatorlar iddia edir ki, biznesmenin şirkəti ABŞ seçkilərinə müdaxilə edib.

XS
SM
MD
LG