Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:13

Rusiya və Estoniya yenə də diplomatları qovurlar


İllüstrativ foto
İllüstrativ foto

Rusiya iyulun 7-də Estoniyanın Peterburqdakı konsulu Mart Lyatteni “kəşfiyyat məlumatlarının toplanmasında” və “diplomatik statusuna uyğun olmayan fəaliyyətdə” ittiham edərək ölkədən qovmaq barədə qərar qəbul edib.

Moskva ondan Rusiya ərazisini 48 saat ərzində tərk etməyi tələb edib.

Bu barədə məlumatı Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova verib.

O Rusiyanın bu qərarının qanunsuz olduğuna dair Estoniya Xarici İşlər Nazirliyinin bəyanatını rədd edib və Tallinnin mövqeyinin yanlış olduğunu vurğulayıb.

Rusiya XİN israr edir ki, Rusiya tərəfində diplomata qarşı “təkzibolunmaz sübutlar” var.

Nazirlik söhbətin hansı sübutlardan getdiyini açıqlamayıb.

Rusiya diplomatı Sergey Orconikidze deyib ki, Estoniya diplomatı məhz “kəşfiyyatla” məşğul olub.

Buna cavab olaraq Estoniya Xarici İşlər Nazirliyi iyulun 7-də bir Rusiya dipliomatını ölkədən çıxarmaq barədə qərar qəbul edib.

Tallinn hadisəni Moskvanın “təxribatı” adlandırır

Estoniya XİN-in rəhbəri Eva-Mariya Liymets Rusiya tərəfinin ittihamlarını “əsassız” adlandırıb və bildirib ki, Lyatte özünün “gündəlik diplomatik fəaliyyəti” ilə məşğul idi.

Estoniya XİN-in xarici məsələlər üzrə komissiyasının sədri Marko Mixkelson deyib ki, Lyatte ilə əlaqədar yaradılmış qalmaqal Moskvanın “təxribatıdır”.

Nazirliyin kommunikasiyalar üzrə müşaviri Ari Lemmik bildirib ki, “baş verən hadisə Rusiyanın qonşu ölkələrlə yaxşı münasibətdə olmaq istəmədiyini göstərir”.

Estoniya parlamentində isə bildiriblər ki, Rusiya belə təxribatları törətməsi ilə tanınır.

Parlament Lyattenin Rusiyadan qovulması ilə bağlı Avropa İttifaqını Moskvaya etiraz bildirməyə çağırıb.

Lyatte iyulun 6-da Peterburq şəhərində Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları tərəfindən saxlanıb və bundan sonra saat yarım ərzində dindirilib.

FTX iddia edir ki, konsul Rusiya vətəndaşından “qapalı xarakterli” material almağa cəhd edərkən yaxalanıb və bu, Rusiyaya qarşı “tamamilə düşmən” hərəkətdir.

Çox fəal diplomat

Estoniya XİN isə israr edir ki, Lyatte saxlanarkən Peterburq Politexnik İnstitutundan çıxırdı və orada onun adi işgüzar görüşü vardı.

Lyatte bir diplomat kimi Sankt Peterburqda və başqa şəhərlərdə keçirilən bir çox tədbirlərdə iştirak edib.

O habelə Baltik regionunun inkişafına dair diskussiyaların iştirakçısı olub.

Estoniya bildirir ki, Lyatte Rusiya ilə humanitar və infrastruktur əlaqələrinin möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərib.

Lyattenin fəaliyyətinin istiqamətlərindən biri də Rusiyadakı Avropa məktəbləri ilə əlaqələr idi.

O habelə avrointeqrasiya ilə bağlı keçirilən ictimai-siyasi gənclər forumlarında iştirak edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG