Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:14

Rusiya əsgərinə smartfonu qadağan edən qanun qəbul olunub


Rusiya hərbçilərinə yalnız kamerasız və internetə bağlantısı olmayan adi mobil telefonlardan istifadə icazəsi verilir
Rusiya hərbçilərinə yalnız kamerasız və internetə bağlantısı olmayan adi mobil telefonlardan istifadə icazəsi verilir

Rusiya millət vəkilləri silahlı qüvvələrdə qulluq edənlərin özləri ilə smartfon, tablet və xidmətdəykən məlumatı yazıb saxlamağa qabil başqa cihazların gəzdirməsini qadağan edən qanun qəbul ediblər.

Fevralın 19-da üçüncü və sonuncu oxunuşda qəbul edilmiş bu qanun Rusiya Silahlı Qüvvələrinin hərbçilərinə yalnız kamerasız və internetə bağlantısı olmayan adi mobil telefonlardan istifadə icazəsi verir.

Qanun habelə hərbi heyətin qulluq etdiklləri hərbi hissələr, xidmətlər, həmkarları, keçmiş həmkarları və qohumları barədə informasiyaları internetdə paylaşmasını qadağan edir.

Qanunda deyilir ki, “hərbi heyət üzvləri tərəfindən internetə verilən informasiyalar bəzi hallarda Rusiya Federasiyası siyasətlərinin qərəzli interpretasiyasına yol açır”.

Qanuna 408 millət vəkilinin hamısı yekdilliklə səs verib.

Duma bildirir ki, bu qanunun qəbulu son dərəcə mühüm idi. Beləki “hərbi heyət xarici hökumətlərin kəşfiyyat xidmətləri, terrorçular və ekstremist təşkilatlar üçün xüsusi maraq kəsb edir”.

Son illərdə Rusiya hərbçilərinin öz smartfonları ilə niyyət və məqsədsiz paylaşdıqları informasiyalar qoşunların yeri və hərəkət marşrutu barədə məlumatların açıqlanması ilə nəticələnib.

Bu məlumatlardan bəzən insan haqları təşkilatları da, məsələn azyaşlıların döyüş əməliyyatlarına cəlb olunmasını isbat etmək üçün istifadə edirlər.

XS
SM
MD
LG