Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:38

Rusiya və Ermənistan birgə qoşunu ilə bağlı saziş ratifikasiya olundu


arxiv foto
arxiv foto

Rusiya prezidenti Vladimir Putin iyulun 27-də Rusiya və Ermənistan birləşmiş qoşun qruplaşmasının yaradılmasına dair sazişin ratifikasiyası haqqında qanunu imzalayıb.

Bu barədə ölkənin rəsmi agentliyi məlumat yayıb.

İki ölkə arasında qoşunların birləşmiş qruplaşması ilə bağlı sazişi Rusiya və Ermənistan müdafiə nazirləri 2016-cı ilin noyabrında imzalamışdı.

Bildirilir ki, sözügedən qruplaşmanı yaratmaqda məqsəd “Qafqazda hərbi təhlükəsizliyi təmin etməkdir”.

Hərbi qruplaşma Rusiya və Ermənistan quru və hava sərhədlərini qoruyacaq.

Saziş 5 illikdir, amma sazişin bitməsinə 6 ay qalanadək tərəflər arasında qarşı çıxan olmasa, razılaşma avtomatik olaraq növbəti 5 illik müddətə uzanacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG