Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:50

Rusiya erməni hərbçilərinə pulsuz təhsil verir


Erməni hərbçilər Moskvada hərbi paradda - 2015
Erməni hərbçilər Moskvada hərbi paradda - 2015

«Biz Ermənistana lazım olan qədər hərbçiyə təlim verəcəyik», - Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolai Bordyuzha Moskvada keçirilən mətbuat konfransında belə deyib.

SSRİ-nin süqutundan bəri Rusiya Ermənistan hərbçilərinə təhsil və təlim verən əsas ölkədir. Rusiya buna görə Ermənistandan ödəniş almır. 2014-cü ildə Rusiya hərbi akademiyalarında 250-dək erməni hərbçisi təhsil alıb. Bu rəqəm hər il Ermənistanın özündə hərbi məktəb bitirən kadetlərin toplam sayına yaxındır.

«BİZ DAHA 211 NƏFƏRİ QƏBUL EDƏCƏYİK»

Rusiya müdafiə naziri Sergei Shoigu avqustun 16-da Yerevanda erməni həmkarı Seyran Ohanian-la görüşərkən, bu yardımı daha da artırmağa söz verib.

Shoigu-nun müavini Anatoly Antonov deyib ki, indi 203 erməni hərbçisi Rusiya Müdafiə Nazirliyinin 24 akademiyasında ödənişsiz təhsil alır: «Bu ilsə biz daha 211 nəfəri qəbul edəcəyik».

Buna da bax-'Rusiya Azərbaycana hansı silahı verirsə, Ermənistana da onu verəcək'

Rusiya Ermənistan ordusunun əsas silah təchizatçısıdır. KTMT-yə üzvlük Yerevana bu silahları güzəştli qiymətlərlə, bəzənsə ödənişsiz əldə etməyə imkan verir.

Bordyuzha-nın sözlərinə görə, Ermənistan hərbi heyətinin ödənişsiz təlimi həm də bu üzvlükdən qaynaqlanır. O, Rusiyanın keçmiş sovet müttəfiqlərinin hər biri üçün hərbi təhsil kvotası olduğunu da diqqətə yetirib.

Son illərdə Kremlin Azərbaycana hücum silahları satması Rusiya-Ermənistan hərbi əlaqələrinə kölgə salıb. Dördgünlük aprel savaşından sonra isə Ermənistan hökuməti Rusiyadan narazılığını daha da artırıb.

S.Sarkisian və V.Putin
S.Sarkisian və V.Putin

PREZİDENTLƏRİN MOSKVA GÖRÜŞÜNDƏN SONRA

Avqustun 10-da prezidentlərin Moskva görüşündən sonra Rusiya prezidenti Vladimir Putin Ermənistanın bu tənqidini rədd edib və Ermənistana hərbi yardımları xatırladıb.

Rusiyanın Azərbaycana silah satışından narazı qalsa da, rəsmi Yerevan aprel savaşından sonra Moskva ilə hərbi əməkdaşlığını gücləndirməkdədir. Ermənistan son aylarda Rusiyadan aldığı silahların çatdırılmasını sürətləndirmək üçün əlindən gələni edir. Yerevan bu silahlara ötən il Rusiyanın ayırdığı kreditlə 200 milyon dollar ödəyəcək.

Buna da bax-Sergei Shoigu Bakıya niyə gəlmişdi?

İyunda Ermənistan parlamenti birləşmiş hava hücumundan müdafiə sisteminin yaradılmasına dair ziddiyyətli Rusiya-Ermənistan sazişini təsdiqlədi. Ermənistan hökumətinin qərbyönlü tənqidçiləri bu addımı Ermənistanın müstəqilliyinə və təhlükəsizliyinə ciddi təhlükə kimi qınadılar.

PLANLAŞDIRILAN SAZİŞİN DETALLARI BİLİNMİR

Ermənistan Müdafiə Nazirliyi bu iddiaları rədd edərək bildirdi ki, Ermənistan ərazisində yerləşən bütün hava hücumundan müdafiə qüvvələrinə erməni ordu generalları komandanlıq edəcəklər. Sözügedən sistemlərə mürəkkəb S-300 və «Buk» «yer-hava» raketləri, eləcə də Ermənistandakı rus hərbi bazalarındakı «MiG-29» döyüş təyyarələri daxildir. Nazirlik Ermənistan ordusunun Rusiyanın xəfiyyə peyk məlumatına çıxış əldə edəcəyini də bildirib.

Tərəflər birləşmiş Rusiya-Ermənistan kontingentinə dair razılaşma imzalamağı da planlaşdırırlar. Bu kontingent artıq on ildir ki, Ermənistanda fəaliyyət göstərir. Shoigu ilə Ohanian-ın Yerevanda müzakirə etdiyi bu sazişin detalları hələ məlum deyil.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG