Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:34

Rusiya kömürünə embarqo qüvvəyə mindi


Kömür daşıyan vaqonlar
Kömür daşıyan vaqonlar

Avropa İttifaqında avqustun 10-dan Rusiya kömürünün idxaılına tam qadağan qüvvəyə minib

Avropa İttifaqında avqustun 10-dan Rusiya kömürünün idxaılına tam qadağan qüvvəyə minib.

Qadağanın tətbqiqi üçün verilmiş güzəşt müddəti məhz avqustun 10-da başa çatıb.

Aİ bu tədbiri hələ aprel ayında Rusiyanın Ukraynaya qarşı təcavüzü ilə bağlı Moskva üzərinə sanksiyaların 5-ci paketi çərçivəsində razılaşdırmışdı.

Elə bugün, avqustun 10-da Britaniya da Rusiya kömürünün idxalını qadağan edib.

Avropa Komissiyasının təxminlərinə görə embarqo Rusiyanın bütün kömür ixracatının dörddə birini əhatə edəcək. Bu isə Moskvanın ildə 8 milyard dollar itirməsi deməkdir.

Avropa İttifaqı öz bazarında Rusiya kömürünün yerini Şimali Amerika, Avstraliya, Kolumbiya, Cənubi Afrika Respublikası və Qazaxıstandan ixracla dolduracaq.

Rusiya kömürü Türkiyəyə yarı qiymətinə satacaq

Rusiya isə öz növbəsində Avropa İttifaqının embarqosu ilə bağlı ixrac axınının səmtini Türkiyə və Hindistana çevirəcək.

Hərçənd Rusiya, kömürü bu ölkələrə 50 faiz endirimlə satmalı olacaq. Bununla belə dünya bazarında yanacaq qiymətlərinin kəskin artımı Rusiyaya ziyanın yerini qismən də olsa doldurmaq imkanı verir.

Avropa İttifaqı onsuz da iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində 2014-2020-ci illər arasında Rusiyadan kömür idxalını yarıbayarı azaltmışdı.

Avropa İttifaqı ölkələri bu ilin sonunadək Rusiya neftindən qismən imtina olunmasına hazırlaşırlar.

Bu mənada Rysiyadan boru kəmərlərlə ixrac olunan xam neft istisna təşkil edir.

Bu ixraca istisna qoyulmasını Rusiyanın neft asılılığında olan Macarıstan tələb edib.

ABŞ isə Rusiya qazına, neftinə və kömürünə qadağanı hələ mart ayında elan edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG