Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:22

Rusiya akademiyası xarici alimlərlə əlaqələrin məhdudlaşdırılmasına qarşı çıxır


REA-nın ümumi yığıncağında
REA-nın ümumi yığıncağında

Rusiya Elmlər Akademiyasının (REA) noyabrın 15-də keçirilən ümumi yığıncağında Təhsil və Elm Nazirliyinin faktiki olaraq rusiyalı alimlərin əcnəbi alimlərlə təmaslarını qadağan edən əmrinin ləğv olunması baradə tələbnamə qəbul edilib.

Bu barədə REA-nın müxbir üzvü, astrofizik Yury Kovalev özünün Facebook səhifəsində yazıb.

Interfax agentliyinin dərc etdiyi sənəddə deyilir:

"REA-nın ümumi yığıncağının üzvləri hesab edirlər ki, elmi ideyaların azad mübadiləsi elmin inkişafı üçün zəruri şərt sayılır. Rusiya Federasiyasının qanunvericiliyi qapalı sahələrdə çalışan əməkdaşların üzərinə kifayət qədər məhdudiyyətlər qoyur. Bundan əlavə məhdudiyyətlərin qoyulması yolverilməzdir”.

Ruisya alimlərinin onların xaricdəki həmkarları ilə əlaqələrini məhdudlaşdıran əmr fevral ayında verilsə də, bu sənəd haqqında təfərrüatlı məlumat yalnız avqust ayında üzə çıxıb.

Əmr Rusiya elmi müəssisələri elmi işçilərinin əcnəbilərlə təklikdə qalmasını qadağan edir.

Əmrə görə belə əməkdaşlar onlara xaricdən həmkarlarının qonaq gəlməsini əvvəlcədən hökumət orqanları ilə razılaşdırmalıdırlar.

Bununla yanaşı xarici alimlərin Rusiyanın elmi qurumlarının ərazisində mobil telefonlardan, durbin və videokameralardan istifadə etməsi qadağan olunur.

REA-nın prezidenti Aleksandr Sergeyev bu əmrin müddəalarını absurd adlandırmışdı.

REA-nın Rəyasət Heyəti ötən oktyabrda bu əmrə yenidən baxılması üçün hökumətə müraciət etmişdi.

Təhsil və Elm Nazirliyindən izah etmişdilər ki, bu sənəd tövsiyə xaarakteri daşıyır və “bütün dünyada mövcud olan praktikanı” əks etdirir.

REA-nın ümumi yığıncağı noyabrın 15-də Moskvada keçirilib.

Bu iclasda alimlər akademiyanın üzvlərini və müxbir üzvlərini seçiblər.

Alimlər habelə REA Fizika İnstitutunun həbs edilmiş direktorunun müdafiəsinə qalxıblar.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG