Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 00:53

Rusiya elə 'Yuxarı Volta'dır


V.Putin Çar geyimində.
V.Putin Çar geyimində.

Britaniyanın gündəlik «The Times» qəzeti yazır ki, Rusiya prezidenti Vladimir Putinin dediklərinə baxmayaraq, Qərbdə liberalizm ideyaları hələ yaşayır və çiçəklənir. Qəzet daha sonra bildirir ki, avtoritar idarə üsulu ölkə iqtisadiyyatının tənəzzülünə yol açdığı halda liberalizm onu çiçəkləndirir.

«The Times» qeyd edir ki, dünyada iqtisadi və siyasi məsələlərin ən mühüm müzakirə forumlarından biri sayılan G20 (Böyük İyirmilik) bu baxımdan, şübhəsiz, üstünlüklərə malikdir. Çünki bu prosesdə Hindistan və Çin kimi inkişaf etməkdə olan ölkələrin iştirakına imkan yaradır.

Ancaq Britaniya qəzeti bu formatın çatışmazlıqlarının olduğunu da qeyd edir. «Böyük iyirmilik» Rusiya prezidenti Vladimir Putinə «layiq olmadığı» platformanı təqdim edir.

Putinə məsləhət

Sammit ərəfəsində «The Financial Times» qəzetinə müsahibə verən V.Putin demişdi ki, liberal ideya tamamilə köhnəlib, Qərbdə qeyri-sabitliyə yol açıb. «Bu qeyri-sabitliyə Rusiyanın törətdiyi kiberhücumlar da öz təsirini göstərib», - qəzet yazır.

Soyuq müharibə dövründə SSRİ-ni Burkina Fasonun keçmiş adı ilə «raketləri olan Yuxarı Volta» adlandırırdılar. (Qeyd: Qərbi Afrikada keçmiş fransız müstəmləkəsi olan Burkina Fasonun keçmiş adı Yuxarı Volta Respublikasıdır. Bu ad mənbəyi həmin ərazidə yerləşən Volta çayının adından götürülüb. Burkina-Faso isə yerli xalqın dilində «düzgün adamların ölkəsi» deməkdir).

«Ancaq müasir Rusiya öz qeyri-liberal rejimi və acınacaqlı iqtisadi durumu ilə raketləri və kiberhücumları olan Yuxarı Voltadan başqa bir şey deyil», - «The Times» belə yazır.

Britaniya qəzeti Putinə Rusiya yazıçısı Vladimir Sorokinin «Opriçnikin günü» povesti ilə tanış olmağı məsləhət görüb. Bu əsərdə çöküş halında olan Rusiyanın liberal Qərbdən Böyük Rus Divarı ilə təcrid olunması təsvir edilib.

Eyni zamanda, qəzet Putinin liberalizm ideyasının süqutu haqda dediklərini də inandırıcı saymır. Çin rəhbəri Si Cinpinin ötən il Pekinin qloballaşmanın qəti tərəfdarı olması haqda verdiyi bəyanat kimi. Söhbət ABŞ prezidenti Donald Trampın ədalətsiz ticarət, Qərb texnologiyalarının və intellektual mülkiyyətin icazəsiz mənimsənilməsində ittiham etdiyi ölkədən gedir.

Çin Rusiyadan nəyi öyrənsin

Qəzet yazır ki, Çinin iqtisadiyyatı Rusiyanınkından dəfələrlə güclüdür. Ancaq ölkə Trampın başladığı ticarət müharibəsindən ciddi ziyan görüb. Vaşinqtonla Pekin arasında danışıqların bərpa olunduğu, gərginliyin azaldığı, lakin ticarət müharibəsinin davam etdiyi indiki şəraitdə isə Çin Rusiyanın təcrübəsindən öyrənməlidir.

Si Cinpinin dövründə ölkə iqtisadiyyatda liberalizmlə ictimai azadlıqları birləşdirərək qabağa getmək əvəzinə öz mövqelərini itirməkdədir. Özünü faktiki ömürlük rəhbər etmiş Çin lideri hər hansı, hətta ən kiçicik fərqli fikri belə boğur. «The Times» hesab edir ki, ölkələr məhz bu yolla özlərini durğunluq vəziyyətinə salırlar. Hazırda Çin «orta gəlir tələsi» adlandırılan vəziyyətə düşmək və eyni səviyyədə ilişib qalmaq təhlükəsi ilə üz-üzədir. Çünki qanunun aliliyi və mülkiyyət hüquqları təkcə özü-özlüyündə yaxşı şey deyil. Onlar həm də uzunmüddətli iqtisadi inkişafa şərait yaradır.

Vladimir Putin bunun əksinə inanmağı nə qədər istəsə belə, liberalizm köhnəlməyib. Bununla yanaşı, qloballaşma və açıq sərhədlərdən ehtiyat edənlərə daha çox diqqət yetirmək lazımdır. Çünki məhz Qərbin liberalizm ideyalarının gerçəkləşməsi istiqamətində güclü cəhdləri cəmiyyətdə populist ruhun artmasına yol açıb.

«The Times» yazır ki, bununla yanaşı, liberal dəyərlər yaşayıb çiçəkləndiyinə görə Qərb liderləri diktatorların məsləhətlərini dinləməməli, həm praktik, həm də nəzəri məcrada çalışmalıdırlar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG