Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:16

Rusiya Dünya Kuboku zamanı dron hücumlarının qarşısını aldığını iddia edir


Aleksandr Bortnikov
Aleksandr Bortnikov

Noyabrın 7-də Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) başçısı Dünya Kuboku tədbirlərinin gedişində dron hücumları cəhdlərinin qarşısının alındığını iddia edib.

Aleksandr Bortnikov deyib ki, onun zabitləri “çoxu Dünya Kuboku zamanı olmaqla müxtəlif siyasi və idman tədbirlərinin keçirilməsinə hazırlıq və tədbirlərin davam etdiyi vaxtda terrorçuların dron hücumlarını həyata keçirməsini önləyiblər”.

Bortnikov “bu terrorçuların” kim olduqlarına və yaxud onların qarşısının necə alındığına dair əlavə şərh verməyib.

Bu arada Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev Interfax xəbər agentliyinə deyib ki, yeddi “millətçi” xuliqan dəstəsinin xarici azarkeşlərə hücumunun qarşısı alınıb.

Onun sözlərinə görə bu dəstələr İngiltərə, Seneqal, Argentina və Polşadan olan azarkeşləri hədəfləməyi planlaşdırırdılar.

Nə Bortnikov, nə də Kolokoltsev bu işlərdən hər hansı birinin məhkəmə ilə nəticələnməsi barədə danışmayıblar.

Ötən aprel ayında Rusiya bildirmişdi Dünya Kubokunun Samarada keçirilən matçı vaxtı “ekstremist” və millətçi xuliqan azarkeşlərin hücum cəhdinin qarşısı alınıb.

Etirazçı Pyotr Verzilov iyulun 15-də təhlükəsizlikdən yayınaraq Dünya Kuboku matçının meydançasına çıxa bilmişdi
Etirazçı Pyotr Verzilov iyulun 15-də təhlükəsizlikdən yayınaraq Dünya Kuboku matçının meydançasına çıxa bilmişdi

Rusiya 2018-ci ilin Dünya Kuboku zamanı minlərlə polis nəfərini küçələrə çıxarmış və ən müasir müşahidə avadanlığından istifadə etmişdi.

Bu avadanlıqların arasında üztanıyan kameralar, aeroportsayağı skanerlər vardı. Bundan başqa Dünya Kuboku tədbirlərində iştirak edənlərin hamısından xüsusi vəsiqələri daim gəzdirmək tələb olunurdu.

Buna baxmayaraq dörd Pussy Riot etirazçısı final oyunları zamanı yaşıl meydançaya qaça bilmişdi. Onların hər birinə 15 sutkalıq həbs cəzası verilmişdi.

Bu etirazçılardan biri - Pyotr Verzilov sentyabr ayında qəfildən xəstələnmiş və müalicə üçün Almaniyaya aparılmışdı.

Onun yoldaşları Verzilovun zəhərləndiyini bildirmiş, Almaniya həkimləri bu iddiaları “ağlabatan” adlandırmışdılar.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG