Rusiya hərbiyyəsi bildirir ki, onun Suriyadakı hərbi bazasına hücuma görə məsuliyyətli bildiyi silahlılar məhv edilib.
Rusiya Müdafiə Nazirliyinin 12 yanvar tarixli bəyanatında deyilir ki, qeyri-müəyyən sayda silahlılar dronlar vasitəsilə izlənib və onlar İdlib vilayətində mikroavtobusa minərkən hədəflənib.
Nazirlik bunu da bildirir ki, dronların yığılması üçün istifadə edilən qurğu dağıdılıb.
Dekabrın 31-də Hmeymim hərbi hava bazasının atəşə tutulması nəticəsindıə iki Rusiya hərbçisi öldürülmüşdü.
Kreml Rusiyanın bazaları üzərinə dron hücumu zamanı heç bir təyyarəsinin zədələnmədiyini bildirsə də, gündəlik Kommersant qəzeti 7 döyüş təyyarəsinin təmir olunmayacaq dərəcədə zədələndiyini xəbər verib.
Ötən həftəsonu Suriyada Rusiyanın ixtiyarında olan Hmeymim, habelə Tartus dəniz bazaları dron hücumuna məruz qalmışdı.
Rusiya hərbiyyəsi bu hücumda 13 dronun iştirak etdiyini bildirirdi.
Bu hücumdan bir neçə gün əvvəl Rusiya prezidenti Vladimir Putin Hmeymin bazasına baş çəkərkən Suriyada qələbə qazanıldığını bildirmiş və Rusiya qoşunlarının bu ölkədən qismən çıxarılacağını elan etmişdi.
Rusiya Suriya münaqişəsinə 2015-ci ildə müdaxilə edərək prezident Bashar al-Assad-ın qaçılmaz süqutuna yol verməyib.