Keçid linkləri

2025, 20 Mart, Cümə axşamı, Bakı vaxtı 05:59

Rusiyanın neftayırma zavodlarına dron hücumları edilib


Ryazan neftayırma zavodunda yanğın
Ryazan neftayırma zavodunda yanğın

Rusiyanın Müdafiə Nazirliyi martın 12-dən 13-ə keçən gecə və səhər Voronej, Belqorod, Bryansk, Kursk, Leninqrad və Ryazan vilayətlərində 65 dronun tutulduğunu və ya məhv edildiyini bildirib.

Ryazan vilayətində dronlar “Ryazannefteprodukt” neftayırma zavoduna zərbələr endirib.

Ryazan vilayətinin qubernatoru Pavel Malkov bildirib ki, zərbə nəticəsində zavodda baş verən yanğın sonradan söndürülüb.

RIA Novosti agentliyinin xəbərindən məlum olur ki, zavodun iki rezervuarında açıq yanğın olub, iki nəfər xəsarət alıb.

“Ukrainskaya Pravda” Ukrayna təhlükəsizlik xidmətindəki mənbəyə istinadla yazır ki, martın 13-də Ukrayna ordusu dronlarla Rusiyanın üç neftayrırma zavoduna hücum edib.

Bunlar Ryazan, Kstovo və Kirişıdakı neftayırma zavodlarıdır. Qəzetin mənbəyi bunları bildirib:

"Biz Rusiyanın iqtisadi potensialını azaltmağa hesablanmış strategiyamızı detallı şəkildə həyata keçiririk. Bizim məqsədimiz düşməni resurslardan məhrum etmək, onun birbaşa Ukrayna vətəndaşlarını məhv etmək üçün aparılan müharibəyə yönəldilən neft pulları və yanacaq axınını azaltmaqdır”.

Xəbər verilir ki, Belqorodda dron çoxmərtəbəli binaya çırpılıb, nəticədə bir neçə mənzildə pəncərələrin şüşələri tökülüb, binanın fasadına ziyan dəyib. İtki olmadığı xəbər verilir.

FTX-nin binası barədə xəbəri niyə siliblər?

Rusiyanın TASS agentliyi operativ xidmətlərə istinadla yazırdı ki, dronlardan biri FTX-nin Belqorod şəhərindəki binasını vurub. Zərbə nəticəsində pəncərə şüşələri sınıb. Regionun başçısı Vyaçeslav Qladkov bu dron barədə məlumat verməmişdi. O demişdi ki, iki drondan biri çoxmərtəbəli binaya, digəri isə çaya düşüb.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, TASS agentliyi də sonradan FTX binası barədə xəbəri silib. Bir neçə dəqiqə ərzində Belqorodun azı 6 teleqram kanalı da həmin xəbərləri siliblər.

Qladkovun sözlərinə görə Proxorov rayonunda dron düşərkən partlayıb. Nəticədə iki evdə dağıntı olub.

Voronej vilayətinin Buturlinsk rayonunda fərdi ev və transformator stansiyasına ziyan dəyib.

Rostov vilayətində antidron radioelektron vasitələrinin işi nəticəsində dronlar Novoşaxtinsk neftayırma zavodunun ərazisinə düşüb.

Zavodun texnoloji obyektləri dayandırılıb. Ziyanın miqyası öyrənilir.

XS
SM
MD
LG