-
Moskva iqtisadi forumunda heç kim sensasiya gözləmədiyi halda o baş verdi. Sensasiyanın müəllifi isə "Management Development Group" şirkətinin idarəedici tərəfdaşı, “Pyatereçko” hipermarketlər şəbəkəsihnin əsasını qoyanlardan biri Dmitry Potapenko oldu. O hakimiyyəti korrupsiyalaşmış məmurların xeyrinə ərzağa embarqo qoymaqda, rublun saxta devalvasiyası ilə iqtisadiyyatı bilərək dağıtmaqda ittiham edib. Potapenkonun ona etiraz edən, “Edinaya Rossiya”dan olan deputat Vladimir Qutenevə qarşı qoyduğu arqumentləri nokaut effekti doğurub və bu cavab internetdə hitə çevrilib.
Dmitry Potapenkonun AzadlıqRadiosunun rus xidmətinə müsahibəsini ixtisarla təqdim edirik.
Siz əvvəlllər də biznesdəki problemlərdən danışmaqla Ruisya hökumətinə kəskin xakakteristikalar verirdiniz. Niyə sizin məhz bu azəhəmiyyətli tədbirdəki çıxışınız belə reaksiya doğurdu?
- Mən adi bir çıxış etdim, qeyri-adi heç olmadı. Niyə rezonans doğurub? Sadəcə, istənilən kabinetdən kənarda baş verən hadisə daha geniş çevrəyə - adam arasına çıxarıldı, ancaq bu dəfə daha sərt, daha amansız şəkildə. Sahibkarı xalça üzərinə çəkib vətəni necə sevmək lazım gəldiyini və hamıya nə qədər borclu olduğunu izah edirlər. Sadəcə, bu dəfə insanlar sahibkarlarla hakimiyyətin münasibətlərini çılpaq şəkildə gördülər, buna görə də adi vaxtlardan fərqli olaraq, effekt doğurdu.
Forumda sizin opponentiniz kimi “vahid rusiya”lı Vladimir Qutenev çıxış edib. Siz onun arqumentlərini məhv etmisiz. O da öz növbəsində arqumentsiz qaldığından sizi barışmaz müxalifətçilərin düşərgəsinə qovmaq istəyib. Sizin onunla əvvəldən tanışlığınız varmı? Yoxsa sadəcə təsadüfən odlu-alovlu vaxtınızda əlinizə düşdü?
- Mən bu forumda sahibkar Pavel Qrudinindən başqa heç kimi tanımırdım. “Rosaqromaş”-dan olan iş adamı Konstantin Babkinlə bir-iki dəfə yolumuz kəsişib, ancaq heç bir işgüzar maraqlarmız olmayıb. Mən bilirdim ki, Qutenev deputat korpusunun təmsilçisidir, onu birinci dəfəydi görürdüm, ümid edirəm ki, bir də heç vaxt görməyəcəm.
- Sizin çıxışınızla bağlı internetdə reaksiyaları oxuyanda adam heyrətlənir. Sizin iqtisadiyyatdakı yara-xoralarla bağlı dediklərinizdən deyil, əksinə ölkədə süni böhranla bağlı icra orqanının üstünə bu cür kəskin gedişinizdən sonra sizi gözləyən təhlükələrdən danışırlar. Sizin biznesinizə və təhlükəsziliyinizə görə narahat olan adamlara nə demək istərdiniz?
- Qorxu – köləni titrətsə də, pis ağadır. Mənə görə narahat olanlara “Sağ olun” deyirəm. Bu cür dəstək dalğası gözləmirdim, başlıcası bu cür rezonans gözləmirdim. Mən bunu ictimai rəy üçün etməmişəm, sadəcə hər gün düşündüyüm, söylədiyim şeyi demişəm. Lazım bildiyim işi görəcəm həmişə. Necə deyərlər, etməli olduğun işi gör, nə olar olar. Dizüstə çökərək yaşamaqdansa dik duraraq ölmək yaxşıdıdr.
“Lenin” adına sovxozun rəhbəri Pavel Qrudinindən başqa forumda sizi dəstəkləyən sahibkar oldumu? Yoxsa hamı ağzına su alıb susdu?
- Mən forumda güclə yarım saat oturdum. Məni bağışlayın, işləməliyəm. Bilmirəm orda sonra nə olub.
Forumdan sonra hökumətin hansısa addımlar atdığını hiss etmisinizmi? “Xoşniyyətli”lərin zəngləri və ya məktublarını, ya da yanğınsöndürəndən, sanitar xidmətdən bildiriş almısınızmı?
- Bilirsiz, baxır qulu necə şallaqlayırlar. Şallaq birinci dəfə sizə dəyəndə ağrıdır, ancaq 10-cu dəfə dəyəndən sonra 11-cidə yadda saxlayırsan ki, dediyin sözə görə bunlar başına gəlir... Mən axı yoxlamaların, nəzarət orqanlarının sayı haqqında elə-belə danışmamışam. Biri az, biri çox...
İqtisadiyyat dörd saxta zərbə alıb. Birincisi ərzaq embarqosudur,İkincisi, sanksiya qoyulmuş məhsulların məhv edilməsi haqqında fərman və rublun saxta devalvasiyasıdır. Üçüncüsü kreditlərlə bağlıdır. Dördüncüsü qondarma “Rotenberq vergisi”nin qoyulmasıdır. Bu gülləni başına sıxmaqdır.
Neft ucuzlaşır, rubl dəyərdən düşür, alıcılıq qabiliyyəti kəskin azalıb, hərçənd hakimiyyət bunu etiraf etmir. Rusiya vətəndaşlarını yaxın zamanda nə gözləyir?
- İqtisadiyyat dörd saxta zərbə alıb. Birincisi ərzaq embarqosudur, bununla biz fakitiki rəqabəti qadağan etdik, bazar ancaq psevdoyerli istehsalçıların ixtiyarına verilsə də, reallıqda məmurlara yaxın strukturların əlindədir. İkincisi, sanksiya qoyulmuş məhsulların məhv edilməsi haqqında fərman və rublun saxta devalvasiyasıdır. Üçüncüsü kreditlərlə bağlıdır. İndi isə federal yollar üçün qondarma “Rotenberq vergisi”nin qoyulmasıdır. Bu gülləni başına sıxmaqdır. Bizi nə gözləyir? Rublun devalvasiyası davam edəcək, yaxın ilyarımda müxtəlif fondlar yeyilib dağıdılacaq. Nə qədər qəribə görünsə də, 2016-cı il yetərincə sabit olacaq, başlıca problemlər hardasa 2017-ci ilin ikinci rübündə – bütün rezervlər tükənəndə başlayacaq. Ərzağın qiyməti artacaq, xidmətin də həmçinin və beləcə siyahı davam edəcək.... Hakimiyyət hər cür yolla Yer kürəciyində mübahisə aparmaq üçün bir ölkə axtarıb tapmağa çalışacaq. Çünki onlar ölkənin içində hər şeyi sübut edib qurtarıblar, indi də onlara xaricdə hörmət edilməsini istəyirlər. Təəssüf ki, bu baş verməyəcək, orda rəqabət mühiti var. Yaxın 5-7 ildə sərt staqflyasiya gedəcək. Qondarma “böhran proqramı”nın və hökumətin məqsədi Qaydarın şeirində deyildiyi kimi “daha bir gün dözmək, daha bir gecə duruş gətirmək”dir.
Siz çıxışınızda öz maraqlarını qorumağa çalışan və federal yollarda gedişhaqqının ləğvini tələb edən “dalnoboyşik”lərdən (ağır yük maşını sürənlər – red.) də danışmısınız. Hakimiyyətin önəm vermədiyi sürücülər niyə hökumətə təsir edə bilmirlər?
- Hakimiyyət heç bir etiraza diqqət yetirməyəcək, səbəb də odur ki, bu etirazlar “aşağı”lardan qaynaqlanır. İşin məğzi odur ki, bu gün müstəqil orta sinif yoxdur, məmur sinfi var. Yəni vətəndaşlarımızın çoxu bu gün birbaşa və ya dolayı yolla dövlət düdcəsindən qidalanan qurumlarda işləyir. Cəmiyyətdə etirazlara tələbat güclü deyil, yalnız sahibkarların dar dairəsində (özü də hələ buna hazır olmaq laızmdır) belə istək var. Sahibkarlıq Rusiya iqtisadiyyatında riyazi yanlışdır. Hakimiyyət öz maraqları baxımından hər şeyi düz edir. O kiminləsə anlaşmağa başlasa simasını itirəcək. Ona görə də hakimiyyət bundan sonra da cəza tədbirlərini sərtləşdirəcək.
Sizin çıxışınız daha çox kimə ünvanlanmışdı? Kim ilk növbədə onu eşitməlidir?
- Forumun proqramında suallar yazılmışdı. Mən də 5 dəqiqidə qoyulan suallara cavabımı verdim. Mən işimi vicdanla gördüm. Məni sevindirən odur ki, müstəqil və düşünən insanlar bunu eşitdilər. İlk növbədə dərk etdilər ki, tək deyillər. Ən azından onlar qaranlıqda və tək qalaraq itməyəcəklər.
Siz bunu preizdentin və ya baş nazirin eşitməsini istəyirsinizmi?
- Onlar özləri bunu bilirlər! Mən sizə yalvarıram, bizim deputatlardan və Federasiya Şurasının nümayəndələrindən və ya daha kimdənsə “müxalifət” sözünü eşidəndə demək istəyirəm: həmkarlar, yaxşısı budur müxalifəti Kreml divarları arasında axtarın. Real müxalifət Kremlin içəricindədir, başlıca hadisələr də orda baş verəcək. Hətta Dövlət Dumasında, Federasiya Şurasında, ələxüsus da meydanlarda belə heç nə baş verməyəcək.