Keçid linkləri

Təcili xəbərlər
2021, 07 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:02

Rusiyada sutka ərzində koronavirusdan ölüm sayı mini keçib


Karonavirusa qarşı vaksin, Rusiya, arxiv foto

Rusiyada ilk dəfə sutka ərzində koronavirusdan ölənlərin sayı mini keçib. Xəstəliklə mübarizə üzrə Rusiya Federal Operativ Qərargahın məlumatlarına istinad etən TASS bunu "yeni maksimum" adlandırır.

Rusiyadakı Kommunarka qəsəbəsindəki 40 saylı xəstəxananın baş həkimi Denis Protsenko xəstəxananın dolu olduğunu və çox sayda COVİD xəstəsinin də gətirilməkdə davam etdiyini bildirib.

Son vaxtlar koronavirusun yayılması ilə bağlı Rusiyada vəziyyətin kritik həddə yaxınlaşdığını deyən həkim vəziyyətin belə aşağı aşılama ilə təəccüblü olmadığını vurğulayıb.

2021 -ci ilin yanvarın Səhiyyə naziri Mixail Muraşko bildirmişdi ki, ilin ilk yarısında Rusiyanın yetkin əhalisinin 60% -nin peyvəndlənməsi qarşıya məqsəd kmi qoyulub. Bu isə ölkə əhalisinin 70 milyon nəfərinin peyvənd olunması deməkdir. Amma gogov.ru portalına görə oktyabrın 14-ə qədər Rusiyada, , təxminən 50.2 milyon insan tam və ya qismən peyvənd edilib və təxminən 45.7 milyon insan isə tam peyvənd edilib.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4.8 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG