Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:16

Moskva Cənubi Koreyanı 'Rusiya-Çin təşəbbüsünə' dəvət edib


Rusiyanın xarici işlər naziri Sergei Lavrov C'nubi koreyalı həmkarı Kang Kyung-wha ilə iyunun 17-də Moskvada görüşüb
Rusiyanın xarici işlər naziri Sergei Lavrov C'nubi koreyalı həmkarı Kang Kyung-wha ilə iyunun 17-də Moskvada görüşüb

Rusiya deyir ki, Cənubi Koreyanı Koreya yarımadasının nüvəsizləşdirilməsinə dair “yeni Rusiya-Çin təşəbbüsünə” qoşulmağa dəvət edib.

Bu bəyanat Yaponiyada keçiriləcək G20 sammitinin ərəfəsində və Şimali Koreyaya dair diplomatiyada yaranmış fəallığın əsnasında verilib.

İyunun 17-də Moskvada Cənubi koreyalı həmkarı Kang Kyung-wha ilə görüşündən sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib:

"Biz artıq, Şimali Koreya da daxil bütün əsas ölkələri bu məsələdən agah etmişik. Biz Cənubi Koreyanın da əvvəllər irəli sürdüyü təklifləri nəzərə almaqla iştirakçıların mövqeləri arasındakı məsafələri daraltmaq məqsədilə onları bu ideyaların üzərində birgə işləməyə dəvət etmişik”.

Rusiya və Çin rəsmiləri ABŞ-ın Cənubi Koreyadakı fəallığının azaldılması müqabilində Şimali Koreyanın nüvə silahı proqramını dayandırmaq istəyirlər.

ABŞ bu planı qəbul etmir.

Şimali Koreya altı nüvə partlayışı sınağı keçirib və iddia edir ki, uzaq məsafələrə uçmaq qabiliyyəti olan raketlər yaradıb.

Ekspertlər inanırlar ki, Şimali Koreya habelə ABŞ ərazisini vurmağa qabil ballistik raketə malikdir.

ABŞ prezidenti Donald Trump Şimali Koreya ilə onun nüvə proqramına dair razılaşma əldə edilməsini öz xarici siyasətinin əsas xəttinə çevirib.

Bununla belə Vaşinqton və Pxenyan Trump-ın prezident seçildiyi vaxtdan indiyədək danışıqlarda çox az tərəqqi əldə edə biliblər.

Bu həftənin sonlarına yaxın Çin prezidenti Xi Jinping Şimali Koreya lideri Kim Jong Unla danışıqlar aparmaq üçün Pxenyana səfər etməlidir.

Çin Şimali Koreyanın yeganə böyük müttəfiqidir.

Təhlilçilər bildirirlər ki, Xi özünün Kim üzərində nüfuzundan Trump-la ticarət danışıqlarında alət kimi istifadə etməyə çalışır. Bu danışıqların iyunun 28-29-da Osakada keçiriləcək G20 sammitində aparılacağı gözlənilir.

Vaşinqton son vaxtlarda Çin malları üzərinə yeni sərt rüsumlar qoyub. Bu rüsumlar Çinin iqtisadiyyatını yavaşıtmağa başlayıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG