Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 11:10

Rusiya Britaniyanın hərbi bazalar qurmaq planına qarşı çıxır


Maria Zakharova
Maria Zakharova

Rusiya Britaniyanın Cənub-Şərqi Asiyada yeni hərbi bazalar qurmaq planlarını pisləyib və bildirib ki, əgər Moskvanın və onun müttəfiqlərinin maraqları təhlükə ilə üzləşərsə Kreml cavab addımları ata bilər.

Britaniyanın müdafiə naziri Gavin Williamson dekabr ayında Sunday Telegraph qəzetinə demişdi ki, Birləşmiş Krallıq Avropa İttifaqını tərk etdikdən sonra “qarşıdan gələn bir-iki ildə” yeni hərbi bazalar yarada bilər.

Williamson demişdi ki, bunun arxasında Brexit-dən sonra Britaniyanın “əsl qlobal oyunçuya” çevrilməsi strategiyası dayanır.

Britaniyanın müdafiə naziri Gavin Williamson
Britaniyanın müdafiə naziri Gavin Williamson

O yeni bazaların harada qurulacağına dair açıqlama verməmişdi, lakin qıəzet yazırdı ki, variantlar arasında Cənubi Çin dənizinə yaxın Sinqapur və ya Bruney, habelə Karib hövzəsində Montserrat və Quyana var.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zakharova yanvarın 11-də TASS xəbər agentliyinə deyib ki, Williamson-un bəyanatı xoşagəlməzdir və belə planlar dünayadakı vəziyyıəti sabitsizləşdirə bilər.

"Əlbəttə, Btitaniya da hər hansı başqa ölkə kimi özünün hərbi tikinti planlarını qurmaqda müstəqildir. Lakin bütün dünyada hərbi və siyasi gərginliklərin yüksəldiyi bir vaxtda üçüncü ölkələrdə hərbi mövcudiyyət qurmaq əks-nəticəli, stabilsizləşdirici və bəlkə təxribat xarakterli ola bilər”.

Rusiyanın bir sıra keçmiş sovet ölkələrində hərbi bazaları var. Moskva bundan başqa Suriya və Vyetnamda da hərbi obyektlərə malikdir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG