Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:37

Sonuncu 'Bolotnaya məhbusu' Rusiyadan çıxıb


Ivan Nepomnyashchikh
Ivan Nepomnyashchikh

Rusiya prezidenti Vladimir Putin-in 2012-ci ildəki inauqurasiyası öncəsi toqquşmalarda saxlanmış sonuncu fəal ölkədən çıxıb. O, 30 aylıq həbs cəzası çəkib.

«İctimai Hökm» (Общественный вердикт) Fondu sentyabrın 7-də bildirib ki, 27 yaşlı Ivan Nepomnyashchikh Praqaya çatıb və oradan təhsilindən ötrü Birləşmiş Ştatlara yollanmaq fikrindədir.

TƏKADAMLIQ KAMERADA SAXLANIB

Nepomnyashchikh avqustun 24-də Moskvanın şimal-şərqində yerləşən həbsxanadan buraxılıb. O, azadlığa çıxmağına bir neçə gün qalmış təkadamlıq kamerada saxlanıb. Ancaq məhkəmə qərarına görə, buraxılandan 3 il ərzində Nepomnyashchikh Moskva vilayətindən çıxmaqdan ötrü icazə almalıdır. Nepomnyashchikh ölkədən çıxarkən fond həmin qərardan apellyasiya şikayəti verib.

«O, aeroporta çatandan təyyarə havaya qalxanadək daimi əlaqə saxlayırdıq», – vəkili Irina Biryukova Moskvada yerləşən «OVD-Info» insan haqları qurumuna deyib.

Biryukova-nın sözlərinə görə, müştərisinin hərəkət azadlığı da daxil olmaqla, buraxılması şərtləriylə bağlı məhkəmə sentyabrın 8-nə planlaşdırılıb. Öncəki məhkəmə qərarı Nepomnyashchikh-in 3 il ərzində küçə etirazlarında iştirakını da yasaqlayırdı.

Moskvada polis müxalifət fəllarını saxlayıb
Gözlə

No media source currently available

0:00 0:01:50 0:00

Nepomnyashchikh Moskvanın Bolotnaya Meydanında 2012-ci ilin mayındakı etirazlarla bağlı məhkum edilmiş sonuncu fəal idi. Polis 400-dən çox etirazçını saxlamışdı. Meydandakı toqquşmalara görə polis və nümayişçilər bir-birini günahlandırırdı.

20-DƏN ÇOX ADAM HƏBSƏ MƏHKUM EDİLİB

Həmin yürüş müxalifətin seçki saxtakarlığına etirazlarından biriydi. Putin-in dörd il baş nazir olandan sonra yenidən prezidentlik postuna qayıtması da ölkədə məyusluq yaratmışdı.

Toqquşmalara görə 30-dan çox adam mühakimə olunmuş, 20-dən çoxu həbsə məhkum edilmişdi.

«Amnesty International» insan haqları qrupu bildirirdi ki, polisin yürüşdəki davranışı «heç də iğtişaşı dağıtmaq deyil, etirazı əzmək» məqsədi daşıyırdı və məhkum edilənlər də «siyasi motivasiyalı şou-məhkəmənin qurbanları» olub.

Bolotnaya etirazçılarından biri Maksim Panfilov Həştərxanda psixiatriya xəstəxanasına salınıb.

«Bolotnaya etirazı» zamanı polisə hücum ittihamıyla hazırda Moskvada mühakimə olunan Dmitry Buchenkov isə, ümumiyyətlə, orada olmadığını deyir.

XS
SM
MD
LG