Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:36

Rusiya Suriyaya dair ABŞ qətnaməsinə veto qoyur


ABŞ-ın BMT-dəki səfiri Nikki Haley Rusiyanın Suriyaya dair qətnaməyə veto qoymasını tənqid edib
ABŞ-ın BMT-dəki səfiri Nikki Haley Rusiyanın Suriyaya dair qətnaməyə veto qoymasını tənqid edib

Rusiya BMT Təhlükəsizlik Şurasında Suriyada kimyəvi silahlardan kimin istifadə etdiyinin araşdırılmasını nəzərdə ABŞ qətnaməsinə veto qoyub.

ABŞ-ın BMT-dəki səfiri Nicky Haley noyabrın 16-da Moskvanın bu hərəkətini dərhal tənqid edərək deyib ki, Rusiyanın qətnaməyə veto qoyması onun Suriya münaqişəsində kimyəvi silahlardan istifadə barəsində heç bir narahatlığının olmadığını nümayiş etdirir.

Fransa da Rusiyanın bu qətnaməyə veto qoymasını tənqid edərək bildirib ki, indi Suriyada kimyəvi silahlardan bundan sonra da istifadə olunmasının real təhlükəsi var.

İsveç Moskvanın vetosunu “təəssüf doğuran hərəkət” adlandırıb.

Beləliklə Ruisya 2011-ci ildə Suriyada münaqişə başlanandan bəri bu ölkəyə dair BMT Təhlükəsizlik Şurasının 10 qətnaməsinə veto qoymuş olub.

BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü – ABŞ, Rusiya, Çin, Fransa və Birləşmiş Krallıq veto hüququna malikdirlər.

Təhlükəsizlik Şurasında keçirilən son səsvermədə BMT-nin silah müfəttişlərinin Suriyada kimyəvi silahların yoxlanması üçün mandat müddətinin uzadılması barədə qərar qəbul edilməliydi.

Prezident Donald Trump Təhlükəsizlik Şurasını bu mandatın uzadılmasına çağırmışdı. Mandatın müddəti noyabrın 16-da gecəyarı başa çatıb.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov hələ səsvermədən əvvəl bu qətnamənin “keçməyəcəyini” bildirmişdi.

Rusiya ötən apreldə ölümcül sarin qazı hücumuna görə Bashar al-Assad rejiminin günahlandırılmasından narazı idi.

Rusiya Suriyada kimyəvi silahlarla bağlı özünün alternativ qətnamə layihsini təqdim etmişdi. Amma bu qətnamədə silah müfəttişlərinin bundan əvvəlki hesabatının müzakirəyə çıxarılması istənilirdi.

Lakin Rusiya özünün alternativ qətnaməsini, ABŞ-ın tərtib etdiyi qətnamə səsverməyə qoyulmazdan əvvəl geri götürüb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG