Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 23:01

Rusiya Belarusun neft təchizatını dayandırıb


Vladimir Putin (sağda) və Alyaksandr Lukashenka
Vladimir Putin (sağda) və Alyaksandr Lukashenka

Rusiya tariflər məsələsində yaranmış mübahislərə görə Belarusun neft təchizatını dayandırıb.

Bu barədə məlumatı Belarusun Novopalatsk şəhərindəki neftayırma zavodunun rəsmiləri veriblər.

Onlar AzadlıqRadiosuna məlumat veriblər ki, neft verilişi yanvarın 1-dən dayandırılıb və zavod hazırda bu tarxiədək daxil olmuş neftin emalı ilə məşğuldur.

Belarus Rusiyanın bu ölkənin daha dərin inteqrasiyası tələbinə görə bir müddət idi ki, Moskva ilə fikir ixtilafında idi.

Rusiya prezidenti Vladimir Putin Belarus başçısı Alyaksandr Lukashenka-dan iki ölkənin birləşməsi istiqamətində daha qətiyyətli addımlar tələb edirdi.

İki ölkə Belarusa Rusiyadan qaz verilməsinin dərhal dayandırılmasının qarşısını almaq məqsədilə dekabrın 31-də iki aylıq razılaşma əldə ediblər.

Bu müddətdə Rusiya Belarusa qazı köhnə qiymətlərlə verəcək.

Rusiyanın Avropaya enerji nəqli üçün əsas tranzitlərdən biri olan Belarus Moskvadan tam enerji asılılığındadır.

Moskva və Minsk 1999-cu ildə ittifaq dövlətinin yaradılmasına dair müqavilə imzalayıblar, lakin bu razılaşma həmin vaxtdan bəri əsasən kağız üzərində qalıb.

Prezidentlər Vladimir Putin və Alyaksandr Lukashenka arasında ötən ilin sonlarında keçirilmiş danışıqlar nəticəsiz qalıb, çünki Belarus bu ittifaqda Rusiya ilə bərabər hüquqlar tələb dir.

Dekabr ayında Belarusda başlanmış etiraz aksiyalarında Lukashenka və Putin arasında danışıqların məxfiliyi pislənirdi.

XS
SM
MD
LG