Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:09

Rusiyada banklarda ‘istifadəsiz yatan pulların’ müsadirəsi qanunu müzakirə edilir


Anatoly Aksakov
Anatoly Aksakov

Rusiya parlamentinin vəzifəli rəsmisi deyib ki, millət vəkilləri dövlətə fərdi bank hesablarındakı əmanətləri götürmək səlahiyyəti verən qanunu müzakirə edirlər.

Dövlət Duması Maliyyə Bazarları Komitəsinin sədri Anatoly Aksakov noyabrın 13-də bunu da bildirib ki, “ekspertlər qrupu” bu məsələnin öyrənilməsi ilə məşğuldur.

Onun sözlərinə görə dövlət ayrı-ayrı fərdlərə məxsus olan, lakin “istifadəsiz qalan” qiymətli kağlızları və şirkət səhmlərini də müsadirə etmək hüququna malik olmalıdır.

Aksakovun dediyinə görə Rusiyadakı bank hesablarlında istifadə olunmayan və ya “unudulmuş milyardlarla rubl” var.

Aksakov əlavə edib ki, bu məsələ hələlik başqa dövlət təsisatları ilə müzakirə olunmayıb və buna gələn ilin ilk rübündə baxılacaq.

Rusiya Ukraynanın Krım yarımadasını ilhaq etdikdən sonra üzərinə qoyulmuş Qərb sanksiyalarının altında vurnuxmaqdadır və büdcəni müxtəlif vasitələrlə doldurmağa çalışır.

Kremlin layihəsi ilə pensiya yaşlarının qaldırılmasına dair ötən ay qəbul edilmiş qanun geniş etirazlara səbəb olub.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG