Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 07:07

Rusiya Baltik dənizindəki sərhədlərini birtərəfli qaydada dəyişmək istəyir?


Rusiya hərbi gəmisi Baltik dənizində (Arxiv fotosu)
Rusiya hərbi gəmisi Baltik dənizində (Arxiv fotosu)

Rusiya hökuməti Baltık dənizində özünün Litva və Finlandiya ilə olan sərhədlərini birtərəfli qaydada dəyişmək qərarına gəlib.

The Moscow Times qəzeti bu barədə xəbəri Rusiya hökumətinin rəsmi saytında dərc olunmuş qətnamə layihəsinə istinadla verir.

Məqalədə deyilir ki, Rusiya Müdafiə Nazirliyi Rusiya Federasiyasının Fin körfəzinin şərq hissəsində və Kalininqrad vilayətindəki Baltiysk və Zelenoqradsk şəhərləri yaxınlığındakı dəniz sərhədlərinin dəyişdirilməsinə dair qətnamə layihəsi hazırlayıb.

Beləliklə, belə görünür ki, Moskva Rusiyanın Litva və Finlandiya ilə dəniz sərhədlərini birtərəfli qaydada dəyişmək niyyətindədir.

Bu da qeyd olunur ki, Rusiya hökuməti bir neçə adaların həndəvərində, habelə Narva çayının dənizə daxil olduğu hissədə “koordinatları korrektə etmək” istəyir.

Qəzet bunları Rusiya hökumətinin qətnamə layihəsinin əlavəsinə istinadla yazıb.

Məsələn Litva ilə sərhəddə Kurşsk dilinin, Taran burnunun, habelə Baltiysk dilinin zonalarına yenidən baxılır.

“Müasir coğrafi şəraitə tam uyğun deyil”

Layihə müəllifləri iddia edirlər ki, SSRİ Nazirlər Sovetinin 1985-ci ildə təsdiq edilmiş xəritəsindəki mövcud koordinatlar “müasir coğrafi şəraitə tam uyğun deyildir”.

Vurğulanır ki, guya nöqtələr “xırda miqyaslı naviqasiya xəritələrinə uyğun olaraq” müəyyənləşdirilib, bunlar isə XX əsrin ortalarındakı hesablamalara əsaslanır.

İddia olunur ki, bu səbəbdən xəritədəki sərhədlər Rusiyanın daxili dəniz sərhədlərinin müəyyənləşdirilməsinə imkan vermir.

Beləliklə Müdafiə Nazirliyi SSRİ Nazirlər Sovetinin Baltik dənizindəki sərhədləri tənzimləyən və 40 il əvvəl qəbul etdiyi qətnamənin “qismən etibarsız” sayılmasını təklif edir.

Sərhədlərə yenidən baxılmasını təklif edən bu sənədə Finlandiya və Litva XİN-ləri hələ ki, şərh verməyiblər.

Bu da qeyd olunmalıdır ki, sözü gedən sənəd ictimai müzakirəyə Rusiya Müdafiə Nazirliyinin Cənub hərbi dairəsində qeyri-strateji (taktiki) nüvə silahı təlimlərinə başlanması qərarı ilə eyni gündə verilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG