Keçid linkləri

2024, 06 Noyabr, çərşənbə, Bakı vaxtı 09:13

Rusiya baş qərargah rəisinin müavini mənimsəmə işi üzrə saxlanıb


Khalil Arslanov
Khalil Arslanov

Interfax adını çəkmədiyi mənbələrə əsasən xəbər verir ki, Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini Khalil Arslanov dələduzluq işi üzrə saxlanıb.

Kommersant qəzetinin verdiyi məlumata görə yüksək rütbəli zabiti hərbi əks-kəşfiyyatın əməkdaşları saxalyıblar.

Bundan əvvəl Silahlı Qüvvələr Baş Rabitə İdarəsinin rəisi 6.7 milyard rubl (100 milyon dollar) vəsaitin oğurlanmasında şübhəli bilinirdi.

Söhbət dövlət satınalmaları zamanı qaydaların pozulmasından gedir.

Bundan əvvəl Kommersant xəbər verirdi ki, ittihamın epizodlarından birində Rusiya ordusunun, yerli istehsal adı ilə Çindən alınmış texnika ilə təchiz olunmasından bəhs olunur.

Bildirilir ki, Rusiyada bu mallara sadəcə olaraq başqa etiketlər vurulurdu.

Arslanov təqsirli olmadığını bildirir.

Şər atdıqlarını deyiblər

Bu cinayət işi üzrə habelə “Voentelekom” şirkətinin top menecerləri, Müdafiə Nazirliyinin digər vəzifəli şəxsləri də keçirlər.

Onların arasında marşal Pavel Kutakhov-un nəvəsi, silhalı qüvvələrin idarə olunmasının texniki əsaslarının təkmilləşdirilməsi idarəsinin rəisi Pavel Kutakhov da var.

Onların hamısı təqsirlərini etiraf edərək Arslanov barədə ifadə veriblər.

Kommersant yazır ki, sonradan Kutakhov və daha bir zabit Arslanova şər atdıqlarını bildiriblər.

Bundan əvvəl TASS xəbər verirdi ki, “yalan detektoru” – poliqraf Arslanovun oğurluq niyyətinin olmadığını göstərib.

Poliqraf araşdırmasının kimin sifarişi ilə keçirildiyi, cinayət işinə daxil edilib-edilmədiyi məlum deyil.

General-polkovnikin özü oktyabr ayında cinayət araşdırması başlanandan bülletendə idi.

Xəstəlik bülletenindən çıxdıqdan sonra, yanvar ayında Arslanov məzuniyyətə getmişdi.

Onu məzuniyyətinin başa çatmasına bir neçə gün qalmış saxlayıblar.

XS
SM
MD
LG