AzadlıqRadiosunun Rus xidmətixəbər verir ki, Rusiya baş prokuroru Yury Chaika-nın oğlu müğənni Grigory Lepsin (Lepsveridze) mahnısına qısametrajlı filmin prodüserliyini edib.
Bu da məlum olub ki, bu filmin həmprodüseri yüksək rütbəli DTK və FTX zabitinin “adaşı”, mahnı mətninin müəllifi isə başqa bir FTX generalının “adaşıdır”.
Leps mütəşəkkil cinayətkarlıqla əlaqələri olduğuna dair şübhələrlə ABŞ-ın sanksiya siyahısına salınıb.
“Mikayıl mələk” (Архангел Михаил) filmi Rusiyanın RBK nəşrinin diqqətini cəlb edib.
Filmin süjetinə görə bir hərbçi qızı ilə vidalaşaraq döyüş əməliyyatları bölgəsinə yollanır.
O gizləndiyi mövqedən silahlıların humanitar missiya əməkdaşlarını əsir aldıqlarını görür. Bundan sonra hərbçilər girovların azad edilməsi əməliyyatına başlayırlar. Filmin qəhrəmanı öz ailəsini və bütün həyatını gözü önünıə gətirir, bundan sonra aviasiya zərbəsini öz üzərinə götürür.
İndi isə “adaşlar” barədə. Bu qısametrajlı filmin prodüserlərindən biri də Aleksandr Jomovdur.
2016-cı ildə bu ad və familiyalı şəxsin FTX əks-kəşfiyyatı rəisinin müavini olduğu xəbər verilmişdi.
Bundan əvvəl həmin şəxsin sovet DTK-sının Amerika şöbəsinin əməkdaşı olduğu deyilirdi. Bu da bildirilirdi Jomov ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Moskva rezidentindən DTK-nın məqsədləri üçün istifadə etməyə çalışıb.
Mahının sözlərini yazmış Dmitry Minaev də tanış ad və soyaddır. Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatına görə bu adam FTX-nin general-leytenantıdır.
Kiyev onun Ukrayna xüsusi xidmətlərinin zabitlərinə qarşı sui-qəsdlər təşkil etdiyindən şübhəlidir.
RBK nəşri Chaika-dan iqtibas edir:
"Biz bu qısa filmi Vətənin müdafiəsi naminə planetin istənilən nöqtəsində, o cümlədən uzaq cəbhələrdə ən mürəkkəb vəzifələri yerinə yetirən hərbçilərimizə və xüsusi bölmələrimizin əməkdaşlarına həsr etmişik. Mən belə insanlar qarşısında baş əyirəm”.
Lepsin direktoru film barədə şərh verməkdən imtina edib.
Leps 2013-cü ildə ABŞ-ın sanksiya siyahısına salınıb.
Vaşinqton onu Rusiya mütəşəkkil cinayətkarlığı ilə əlaqələrdə ittiham edir. Müğəni bu ittihamları rədd edib:
"Əgər ABŞ Maliyyə Nazirliyi məni cinayətkar hesab edirsə, qoy onda Frank Sinatranı qəbirdən çıxarıb həbsxanaya salsınlar”.