Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:14

ABŞ Rusiyanın Azov dənizindəki hərəkətlərini kəskin pisləyib


Azov dənizindəki Rusiya hərbi gəmiləri
Azov dənizindəki Rusiya hərbi gəmiləri

Birləşmiş Ştatlar, onun təbirincə deyilsə Rusiyanın Azov dənizi və Kerç boğazında beynəlxalq gəmiçiliyi “qısnamasını” kəskin pisləyib və bildirib ki, bu, Moskvanın Ukraynanı “qarışdırmağa” cəhd etməsinin daha bir nümunəsidir.

Avqustun 30-da Dövlət Departamenti Rusiyanı boğazdan keçən gəmilərin ölçüsünə apreldən bəri limit qoymaqla dəniz yük daşımalarına əngəl törətməkdə ittiham edib. Kerç boğazı Ukraynanın Azovvə Qara dənizlərdəki ərazi sularını birləşdirən yeganə dəniz yoludur.

Krım körpüsü
Krım körpüsü

Dövlət Departamentinin bu barədə bəyanatında deyilir: “Rusiyanın dəniz tranzitini əngəlləməsi onun Ukraynanı sarsıtmaq və sabitsizləşdirməyə yönəlmiş kampaniyasının davam etdiyini, beynəlxalq normalara hörmətsizliyini göstərən nümunədir. Biz Rusiyanı Azov dənizində və Kerç boğazında beynəlxalq gəmiçiliyi qısnamasına son qoymağa çağırırıq”.

Bəyanatda bu da qeyd olunur ki, Birləşmiş Ştatlar ərazi suları da daxil Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləməkdə davam edir.

2016-cı ildə Ruisiya Ukraynadan ilhaq etdiyi yarımadanı öz ərazisi ilə birləşdirmək üçün Kerç boğazı üzərindən 3. 7 milyard dollarlıq körpü layihəsinə başlayıb.

Rusiyanın bu hərəkətinə görə Moskvanın üzərinə Ukrayna və Qərb tərəfindən yeni sanksiyalar qoyulub.

Mayın ortalarında, körpü tikintisinin başa çatmasından sonra Rusiya bəzi xəbərlərə görə Xəzər donanması da daxil hərbi gəmilərini Azov dənizinə gətirib. Moskva bunu körpünün təhlükəsizliyinin təmin olunması niyyəti ilə izah edib.

O vaxtdan bəri Rusiya Ukrayna və xarici ölkələrə aid 148 ticarət gəmisini dayandıraraq onların heyətlərini sorğu-sual edib.

XS
SM
MD
LG