Keçid linkləri

2026, 12 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 16:32

Rusiyanın iqtisadi inkişaf naziri Azərbaycana gəlir


Maksim Oreşkin
Maksim Oreşkin

Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin Azərbaycana səfər etməlidir.

Azərbaycan İqtisadiyyat Nazirliyinin məlumatına görə, səfər aprelin 22-də baş tutacaq.

Rusiyalı nazirin Azərbaycanlı həmkarı Şahin Mustafayevlə görüşəcəyi, ikitərəfli münasibətlərin inkişafı məsələlərini müzakirə edəcəyi bildirilir.

Səfərin aprelin 23-də başa çatacağı gözlənir.

Rusiyanın iqtisadi inkişaf naziri ötən ilin dekabrında da Azərbaycana gəlmişdi. O, Şahin Mustafayev və prezident İlham Əliyevlə Azərbaycan-Rusiya işgüzar münasibətlərini müzakirə etmişdi.

Həmin səfər çərçivəsində Azərbaycan və Rusiya şirkətləri arasında müxtəlif sahələr üzrə anlaşma memorandumları imzalanmışdı.

XS
SM
MD
LG